Accessibility links

Xüsusi karantində olan Bakı - 26 mart 2020


Xüsusi karantində olan Bakı - 26 mart 2020
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Bakıda xüsusi karantin rejimi elan olduğu üçün polis insanları evdə qalmağa çağırır. Lakin martın 26-da çəkilən videogörüntülərdə insanların xüsusi karantin rejiminə baxmayaraq şəhərdə gəzdiklərini görmək olur. Qeyd edək ki, Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Bu barədə Nazirlər Kabineti martın 23-də qərar qəbul edib. Qərarın müddəaları burada - https://bit.ly/3bwi5yG Son məlumata görə, Azərbaycanda 122 koronavirusa yoluxma halı var, yoluxanlardan 3 nəfər ölüb 15 nəfər sağalıb. Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

XS
SM
MD
LG