Accessibility links

Xüsusi prokuror Müllerin ifadələri - Demokratlar və Respublikaçıların reaksiyaları


Xüsusi prokuror Müllerin ifadələri - Demokratlar və Respublikaçıların reaksiyaları
please wait

No media source currently available

0:00 0:02:25 0:00

ABŞ-ın xüsusi prokuroru Robet Müller Konqres üzvlərinə çərşənbə günü keçirilən dinləmələr zamanı deyib ki, Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı hesabatda prezident Trampın təhqiqata mane olmadığı haqda nəticə çıxarılmayıb. Müllerin hesabatına demokratlar və respublikaçılar müxtəlif reaksiyalar göstərib.

Keçmiş xüsusi prokuror Rusiyanın sosial media vasitəsilə və WikiLeaks saytında məlumatların sızdırılması yolu ilə seçkiləri Donald Trampın xeyrinə dəyişməyə çalışdığını deyib.

Keçmiş xüsusi prokuror Robert Müller: “Əvvəla, təhqiqat zamanı Rusiya hökumətinin geniş miqyasda və sistematik şəkildə seçkilərimizə müdaxilə etdiyini aşkar etmişik. İkincisi, təhqiqat Trampın kampaniya üzvlərinin Rusiya hökuməti ilə seçkiyə müdaxilə fəaliyyətlərində əlbir olmadığını aşkar edib.”

Müller bildirib ki, təhqiqatçılar Ədliyyə Nazirliyinin uzun müddətdir mövcud siyasətinə əsasən, prezidentin hakimiyyətdə olduğu müddətdə mümkün pozuntulara görə ittiham edilə bilmədiyinə dair qərar veriblər.

Demokrat qanunverici Cerrold Nadler: “Sizin təhqiqatınız faktiki olaraq, mən sitat gətirərəm, Rusiyanın müdaxiləsi və ədalət mühakiməsinin qarşısının alınması da daxil olamqla, prezident tərəfindən hüquq-mühafizə orqanlarının təhqiqatına təsir göstərmək kimi bir sıra hərəkətləri aşkar edib. Bu, doğrudur?”

Robert Müller cavab verib: “Doğrudur.”

Tramp təhqiqatı “ifritə ovu” adlandırıb. Prezidentin özü və onun tərəfdarlarının çoxu Rusiyanın seçkilərə təsiri məsələsinə şübhə ilə yanaşır.

Respublikaçı konqresmen Qreq Steube: “Sizin təhqiqatın 22 ay davam etməsi, milyonlarla dolların xərclənməsi və milyonlarla sənədin nəzərdən keçirilməsindən sonra Amerikanın hər hansı seçicisinin Rusiyanın seçkilərə müdaxiləsi nəticəsində səsini dəyişdirdiyinə dair hansısa bir dəlil əldə etmisinizmi?”

Xüsusi prokuror Robert Müller: “Mən bu haqda bir söz deyə bilmərəm.”

Demokratların çoxu keçmiş xüsusi prokurorun işinə yüksək qiymət verib.

Konqresmen Adam Şiff: “Sizin təhqiqatınız vaxt ayırıb onu oxuyanlar üçün sistematik aparılıb və nəticələr sarsıdıcıdır. Təhqiqat xarici rəqibin ABŞ-da gərgin prezident seçkilərinə geniş və sistematik müdaxiləsi haqdadır.”

Respublikaçılar isə Müllerin Konqresdə çıxışını siyasi teatr adlandırıb.

Respublikaçı konqresmen Daq Kollins: “Mən ümid edirəm ki, komitədəki demokratlar başa düşəcək ki, amerikalılar bu təhqiqata olan kiçik inamını da itirir, itirib və bu təhqiqatın üstündən keçmək lazımdır. Biz əslində bundan sonra mühacirət və başqa məsələləri həll etməliyik.”

Müller bildirib ki, Rusiya 2020-ci ildə ABŞ seçkilərindən öncə müdaxilə səylərini davam etdirir.

XS
SM
MD
LG