Accessibility links

Xədicə İsmayılın şikayəti üzrə hazırlıq iclası olub


Xədicə İsmayıl
Xədicə İsmayıl

Apellyasiya Məhkəməsi məhkəmə baxışını sentyabrın 20-nə təyin edib

Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayəti üzrə hazırlıq iclası keçirilib.

Bu barədə Xədicə İsmayıl Amerikannın Səsinə bildirib.

Onun sözlərinə görə apellyasiya şikayəti Binəqədi rayon Məhkəməsinin bu il avqustun 9-da barəsində olan sınaq müddətinin ləğv olunmaması və onun qüvvədə saxlaması haqqında olan qərarla bağlıdı.

Araşdırmaçı jurnalist deyib ki, Apellyasiya Məhkəməsindən də elə Binəqədi rayon Məhkəməsinin məlum qərarının və sınaq müddətinin ləğvini istəyib.

Apellyasiya Məhkəməsi məhkəmə baxışını sentyabrın 20-nə təyin edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini və indi qalan 9 aylıq müddətin ləğvini tələb edir.

Jurnalistlə Vergilər Nazirliyi arasında iki ilə yaxındır davam edən məhkəmə çəkişməsi də bu ilin avqustunda başa çatıb. Avqustun 7-də Ali Məhkəmə də bu məsələyə baxaraq qərarını verib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyasının qərarı Vergilər Nazirliyinin xeyrinə olub. Vergilər Nazirliyinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin üzərinə 45 min 145 manat 63 qəpik ödəmək öhdəliyi qoyub. Bu qərardan apellyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG