Accessibility links

Xədicə İsmayılın şikayəti təmin olunmadı


Məhkəmə Xədicə İsmayılın məhkumluğunu üzərindən götürmədi
please wait

No media source currently available

0:00 0:05:32 0:00

Məhkəmə Xədicə İsmayılın məhkumluğunu üzərindən götürmədi

Sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayətinə baxılıb.

Apellyasiya şikayəti Binəqədi rayon Məhkəməsinin bu ilin avqustun 9-da barəsində olan sınaq müddətinin ləğv olunmaması və onun qüvvədə saxlaması haqqında olan qərarla bağlıdı.

Məhkəmədə jurnalistin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov bir neçə vəsatət qaldırıb.

Vəsatətlərdən biri hakimin səlahiyyətləri əsasında Konstitutsiya Məhkəməsinə müraciət edilməsi ilə bağlı idi. Buna əsas səbəblərdən biri 1-ci instansiya məhkəməsinin Xədicə İsmayıl barəsində verdiyi qərarda jurnalistə "islah olunduğunu sübut elə" ifadəsinin mahiyyətinin aydın olmamasıdır. Vəkil hesab edir ki, cinayət məcəlləsinin 71.1( Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər) maddəsinin mahiyyəti problematikdir. Ona görə bununla bağlı Konstitutsiya Məhkəməsinə sorğu göndərilməlidir.

Digər vəsatətlərdən biri də "Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru, Məhəmməd Məmmədovun şərti azad olunması ilə bağlı məhkəmə qərarının işin içinə tikilməsi ilə bağlı olub. Vəkil bu vəsatəti onunla izah edir ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir. Hesab edir ki bu Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) pozuntusudur.

Jurnalist Xədicə İsmayıl məhkəmədə vəkilin verdiyi vəsatətlərlə razılaşdığını söyləyib.

Onun sözlərinə görə apellyasiya şikayətinin verməsində səbəb 1-ci instansiya məhkməsinin verdiyi arqumentlərin yanlış və diskriminativ olmasıdır.

Jurnalist məhkəmədə Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru, Məhəmməd Məmmədovun şərti azad olunması ilə bağlı məsələyə də toxunub.

“O çoxlu pul oğurlamış, mən yox. Adam vəzifə cinayətləri edib. Çox rahat onun məhkumluğu götürülür. Mən məhkəmənin məntiqini tuta bilmirəm. Belə hesab edilir ki, onun daha çox islah olunmasına ehtiyac var ?” - deyə o, bildirib.

Xədicə İsmayıl yekun olaraq məhkəmədən məhkumluğun üzərindən götürülməsini və sərbəst hərəkət azadlığının təmin olunmasını istəyib.

Hakim vəsatətlərlə bərabər Xədicə İsmayılın apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Jurnalist bundan sonra Ali və Avropa məhkəməsinə müraciət edəcəyini deyib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Jurnalist 2015-ci ildən sınaq müddətinin 4 ildən çoxunu çəkdiyini və indi qalan 9 aylıq müddətin ləğvini tələb edir.

Jurnalistlə Vergilər Nazirliyi arasında iki ilə yaxındır davam edən məhkəmə çəkişməsi də bu ilin avqustunda başa çatıb. Avqustun 7-də Ali Məhkəmə də bu məsələyə baxaraq qərarını verib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyasının qərarı Vergilər Nazirliyinin xeyrinə olub. Vergilər Nazirliyinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin üzərinə 45 min 145 manat 63 qəpik ödəmək öhdəliyi qoyub. Bu qərardan apellyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

Xədicə İsmayıl bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG