Accessibility links

Xədicə İsmayılova: Bütün dünya koronavirusla mübarizə aparır, bizim hökumət isə öz xalqı ilə


Xədicə İsmayılova: Bütün dünya koronavirusla mübarizə aparır, bizim hökumət isə öz xalqı ilə
please wait

No media source currently available

0:00 0:25:52 0:00

Beynəlxalq ictimaiyyət Azərbaycanda son günlər müxalifət nümayəndələrinə qarşı təqiblərin artdığını qeyd edib. ABŞ Dövlət Departamenti Azərbaycanda son günlər müxalifət üzvlərinin kütləvi həbslərinə münasibət bildirərək, Azərbaycan hökumətini fundamental azadlıqları dəstəkləməyə çağırıb. “Azərbaycan xalqı intiqam qorxusu olmadan öz haqlarını ifadə etməyə layiqdir”, Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinə açıqlamasında bildirib. Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son həbslər, beynəlxalq ictimaiyyətdən gözləntilər və medianın durumu haqda danışıb.

“Əslində, bu repressiya dalğası mart ayından başlayıb”, Xədicə İsmayılova Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə təbrik çıxışında müxalifətə ünvanlanmış tənqidlərinə işarə edərək bildirib.

Ölkədə eyni vaxtda bir neçə krizis baş verir.

“Novruz bayramı təbrikində prezident İlham Əliyev müxalifəti hədələdi və dedi ki, bu dönəmdən, karantin dönəmindən həm də onun dediyi kimi, “beşinci kolon”un üzvlərini cəmiyyətdən təcrid etmək üçün yararlanacaq. Yəni belə ifadələr işlətdi. Və prezident İlham Əliyevin birbaşa hədəf götürdüyü adamlara qarşı o hətta müxalifət partiyalarından məhz kimi də nəzərdə tutduğunu gizlətmirdi. Əsasən Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı idi onun dedikləri. Və bundan sonra da bir neçə dəfə çıxışlarında o məhz bu səpkidə hədələr işlədib və həmin hədələr də yerinə yetirilir. Yəni mart ayından bəri bu yeni repressiya dalğası davam edir.”

Beynəlxalq hüquq müdafiə təşkilatları pandemiya dövründə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda hökumətlərin karantin tədbirlərindən fərqli düşünənlərə qarşı təqiblərin artırılması üçün sui-istifadə edildiyi ilə bağlı narahatlıqlarını bildirib. Dövlət Departamenti bu ay açıqladığı bəyanatda Azərbaycan hökumətini pandemiyadan müxalifəti və ictimai tənqidi susdurmaq üçün istifadə etməməyə çağırıb. Bəyanatda Azərbaycan hakimiyyətinin müxalifət üzvlərini və hökumətin digər tənqidçilərini təqib və həbs etdiyi qeyd edilib.

Xədicə İsmayılovanın sözlərinə görə, “müxalifətin onlarla üzvü karantin qaydalarını pozması” ilə əlaqədar həbs edilib. O, Bakıda iyulun 14-də Azərbaycan ordusuna dəstək məqsədilə minlərlə insanın qatıldığı yürüşündən sonra keçirilmiş həbsləri xüsusi qeyd edib.

“Müxalifət tərəfdən bu cür belə deyək, xoş görünün qarşılığında həmin o 14 iyuldan 15 iyula keçən gecə baş verən hadisələrdən sonra, yəni insanların küçələrə çıxıb həmrəylik nümayiş etdirməsindən sonra kütləvi həbslər başladı. İnsanlar sutkalarla çox sıx şəraitdə polis bölmələrində onlarla adam saxladılar və o adamların həbsi heç rəsmiləşdirilmədi də. Sutkalarla qaldıqdan sonra o adamlara qarşı hansısa ittihamlar irəli sürülüb və ittiham olunanların böyük əkrəsiyyəti müxalifətçilərdir və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. 40-a yaxın Xalq Cəbhəsi Pariyasının üzvünün həbs olunduğu haqda məlumat var. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri Məmməd İbrahimin oğlu Mehdi İbrahimin də guya virusu yayması ittihamı ilə həbs olunması məsələsi var. Və bir neçə nəfər də bu ittihamla həbs olunub. Yəni bir qismi iğtişaş törətmək və çevrilişə cəhd ittihamı ilə həbs olunub, digər qismi isə virusu yaymaq ittihamı ilə həbs olunub.”

Xədicə İsmayılova pandemiyanın iqtisadi təsirləri və hökumətin epidemiyanın qarşısının alınması səylərinə toxunub.

“İqtisadiyyat o qədər də yaxşı durumda deyil, neft gəlirləri olduqca karantindən əvvəl də azalmışdı, karantin vaxtı da, yəni koronavirusdan əvvəl də azalmışdı, koronavirus vaxtı da olduqca, kəskin şəkildə azaldı, ölkənin gəlirləri xeyli azalıb. İqtisadiyyat çox pis vəziyyətdədir. Ölkədə eyni vaxtda bir neçə krizis baş verir. Bir, koronavirusla bağlı tədbirlər o qədər başdansovdu və o qədər korrupsiya ilə müşayiət olunan şəkildə aparıldı ki, bu virusun birdən-birə çox geniş şəkildə yayılmasının qarşısını ala bilmədilər ölkədə. Ölkə adambaşına düşən xəstələrin sayına görə ön cərgələrə çıxdı. Və bunun qarşısını ala bilmədilər. İkincisi, hökumət bu böhrana ümumiyyətlə hazır deyildi və nəyi necə edəcəyini bilmirdi. Və üstəlik də hökumətdə indiyə kimi olmuş korrupsion sistem və indi də korrupsiyanın pozduğu tədbirlər nəticəsində virusun yayılmasının qarşısını ala bilmədilər. Üstəlik su böhranı. Kür çayının quruması ilə bağlı. Əhalinin işə getmək imkanının olmaması və bununla bağlı itirilən gəlirlər və ac qalan ailələr və onların etirazı. Bütün bunlar hökuməti ehtiyatlanmağa vadar edir. Çünki hökumət başa düşür ki, bu qəzəb bir şəkildə partlamalıdır.”

Xədicə İsmayılova beynəlxalq ictimaiyyəti Azərbaycanda müxalifət üzvlərinin kütləvi həbslərinə münasibət bildirməyə çağırıb. O bildirib ki, işgəncə hallarının “monitorinqi üçün beynəlxalq missiyanın Azərbaycana qayıtmasına çox ciddi ehtiyac var”.

“Beynəlxalq missiyanın gəlib bütün bu işgəncə faktlarını yerində arşdırmasına ehtiyac var. Başqa bir beynəlxalq missiyanın və BMT-nin egidası altında olan bir beynəlxalq missiyanın hökumətin koronavirusa “cavab pərdəsi” altında törətdiyi repressiyaları araşdırmasına ehtiyac var. Çünki bu, xüsusilə ciddi məsələdir. Bütün dünya koronavirusla mübarizə aparır, bizim hökumət isə öz xalqı ilə. Yəni işğala məruz qalan digər xalqlar düşməni ilə mübarizə aparır, bizim ölkəmiz isə öz xalqı ilə, bizim hökumətimiz isə öz xalqı ilə. Yəni bu qeyri-adekvat davranışın hansısa bir beynəlxalq monitorinqə məruz qalmasına ehtiyac var və hansısa bir beynəlxalq reaksiyası lazımdır bu məsələnin, cavab verməlidir dünya bu məsələyə və bunun bir qiymətini verməlidir. Və olduqca önəmli məsələlərdən biri də həbsxanalardakı vəziyyətdir, xüsusilə də COVİD-lə bağlı vəziyyət olduqca ağırdır. Oradakı vəziyyəti də xüsusi izləməkdə ehtiyac var.”

“Bizim ölkədə artıq böhran var, yəni ki, bu, olduqca ciddi situasiyadır və bu böhran yaxın günlərdə həll olunacaq kimi görünmür”, Xədicə İsmayılova əlavə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG