Accessibility links

Bağırsaq xərçənginin ilkin mərhələsinin müalicəsinə yardım edəcək yeni texnologiya


Bağırsaq xərçənginin ilkin mərhələsinin müalicəsinə yardım edəcək yeni texnologiya
please wait

No media source currently available

0:00 0:02:36 0:00

London Kollec Universitetinin alimləri ölümcül bağırsaq xərçəngi və şişlərin ilkin mərhələsinin müalicəsinə yardım edəcək yeni texnologiya üzərində işləyirlər. Odin Vision adlı bu yeni systemdə dəqiq diaqnoz qoyulması üçün süni intellekt və fəza texnologiyalarının birləşməsindən istifadə edilir.

Bağırsaq xərçəngi dünyanın ən ağır üçüncü növ xərçəngidir və bu xəstəlik nə qədər tez aşkar edilsə, onun müalicəsi də bir o qədər mümkün olar. Lakin diqanostika məqsədilə edilən kolonoskopiya zamanı həkim bağırsaqda olan bütün anormallıqları və kiçik zədələri görməyə bilər. Professor Lorens Lovat: “Kolonoskopiya zamanı beş polipdən birini gözdən qaçırırıq və buna görə də bağırsaq xərçəngı Böyük Britaniyada ən çox ölümə səbəb olan ikinci xəstəlikdir.”

Alimlər süni intellektin bütün detalları aydın göstərdiyini və heç vaxt yalnış məlumat vermədiyini iddi edir. Odin Vision-in icraedici direktoru Piter Montney: “Canlı video bizim sistemimizin görüntülərini hissə-hissə nümayiş etdirir və süni neyron şəbəkəsi adlanan bu proses zamanı mən şəkillərdə toxumaların rənglərinə görə bağırsaqdakı polipləri müəyyən etməyə çalşıram.”

Bu məlumat bazasının həcminin böyük və detallı olmasına görə İnternet vasitəsilə göndərilməsi çətindir. Bunun əvəzinə, Odin Vision Yer kürəsindən milyonlarla kilometr uzaqda olan peyklərlə kommunikasiyadan istifadə edir ki, buradakı klaudda saxlanılan süni intellekt diaqnoz qoyan həkimlərə vaxtı-vaxtında informasiya ötürür. Bu yeni texnologiyanın inkişafı hələ erkən mərhələlərdədir.

Əgər bu təcrübə müvəffəqiyyətlə başa çatarsa, hətta ən ucqar kənd yerlərindəkı klinika və xəstəxanalarda bundan istifadə edilərək, hər bir xəstəyə erkən və dəqiq diaqnoz qoyulması mümkün ola bilər. Kompyuter üzrə mütəxəsssis Den Stoyanov: “Əslində sünı intellekt bizə xidmət keyfiyyətini yüksək səviyyədə təmin etmək imkanı verir. Biz səhiyyə sistemimizi demokratikləşdirir, yəni xəstəxanalarımızda ən yaxşı və ən yüksək səviyyəli diaqnoz qoyulacağına əmin ola bilərik.”

Odin Vision üzərində işləyən alimlər onların proqramının minlərlə insanı xilas edəcəyinə və xəstələrin radikal proseduralara ehtiyacı qalmayacağına ümid edirlər. Bağırsaq xərçəngindən xilas olan xəstələr yeni diaqnostik texnologiyadan tezliklə istifadəyə ediləcəyinə ümid edirlər. Alim Lesli Boot: “Mən bu proqramın tezliklə istifadəyə veriləcəyinə və ailəmin mənim səhhətimlə bağlı narahatlıqlarına son qoyulacağına ümid edirəm.”

Odin Vision qarşıdan gələn bir ildə klinikada bir pilot layihəsi hazırlamağı və bu yeni texnologiyanın ilkin versiyasının iki il müddətində istifadəyə verilməsini planlaşdırır.

XS
SM
MD
LG