Accessibility links

Xərçəng xəstəliyinin yeni müalicə yolları


Xərçəng xəstəliyinin yeni müalicə yolları
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Xərçəng xəstəliyinin müalicəsi getdikcə daha dəqiqləşir və cərrahi müdaxiləyə ehtiyac azalır. Xərçəngin hazırkı müalicsi nisbətən az vaxt aparır və ənənəvi müalicədən daha effektivdir.

Kimya-terapiyası, radiasiya və cərrahiyyə əməliyyatları ənənəvi xərçənglə mübarizənin standart formalarıdır. Lakin kimya-terapiyası və radiasiyanın yan təsirlərindən biri də zədələnmiş hüceyrələrlə yanaşı sağlam hüceyrələr da məhv edilir.

Hazırda xərçəngin müalicəsi daha dəqiq istiqamətə - digər toxumalara deyil, xərşəngin özünə yönəlib. Məsələn, radiasiyanı qadının döşündəki xərçəng erkən mərhələdə əməliyyat olunduqdan sonra birbaşa bədxassəli şişə edilir. yan təsirlərin minimal olması ilə yanaşı, bu, bütöv döşün radiasiyasından daha az zaman aparır. Ohayo Dövlət Universitetindən Culia Vayt: “Qısa, 5 gün çəkən müalicə bütov döşə 4-6 həftə edilən müalicədən daha yaxşıdır.”

Digər müalicə bədənin özündəki immun sistemindən istifadə edilərək edilir. Con Hopkins Tibb İnsitutundan doktor Villiam Nelson: “İndi biz əmin olduq ki, imun sisteminin xərşəng hüceyrələrini gördüyünə və onların anormal olduğunu bildiyinə tam əminik. Onlar həmin xəstə hüceyrələrə hücum edib, faydalı bir şəkildə onları məhv edə bilir.”

Daha bir müalicə də sınaqdan keçirilir. Bu, xərçəng hüceyrələrinin genetic tərkibini təyin etmək və bundan sonra yalnız bu hüceyrələri məhv etmək üçün nəzərdə tutulan dərmandan istifadə etməkdir. Pensilvaniya universitetindən Marsia Bros: “Biz hədəf alınan hüceyrələrdən danışırıq. Yəni xərçəngə səbəb olan özəkdən. Bu, dərmanların dəqiqiliyidir."

Hər xəstənin xərçəngi DNK-da olduğu kimi unikaldır. Bu isə hansı dərmanın daha effektiv olacağını öyənməyə yardım edir. Yəni müalicə sağlam hüceyrələrə təsir etmədən və xəstədə yan təsirlər olmadan edilir. “Cəmi bir neçə nəfərdə yan təsir müşahidə olundu. Bununla bağlı nəsə etməli idim. Ona gərə də dərmanın dozasını endirdim. Bununla yalnız yan təsirlər azalmadı, həm də müalicə effektivliyini itirmədi" - deyə, Marsia Bros bildirir.

Nəticələr ümidvericidir.

Bu müalicə metodları hələ yenidir. Lakin xərçəng üzrə mütəxəssislər deyirlər ki, hədəflənmiş terapiya, radiasiya, immun terapiyası və ya genomik sınaqlar xərçəngin gələcək müalicəsidir.

XS
SM
MD
LG