Peyvənddən sonra COVID-19-a yoluxma nadir və gözlənilən haldır.
"Bu dünyada heç bir şey 100% deyil" - deyə, Cons Hopkins Sağlamlıq Təhlükəsizliyi Mərkəzinin baş elmi işçisi Gigi Qronval bildirib.
Elm adamları dünya boyu virusun yeni variantlarının meydana gəldiyini və bu nadir hallara diqqət yetirməyin vacib olduğunu və bunların daha ciddi bir problemin əlamətləri ola bildiyini deyir.
"Peyvəndin qarşısını ala bilmədiyi daha çox variantın ortaya çıxması mümkündür. Bu səbəbdən bu halların araşdırılması vacibdir" - deyə, Gigi Qronval bilodirib.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) bildirdiyinə görə, aprelin 26-na qədər tam peyvənd vurulan 95 milyon insandan COVID-19-a 9245 nəfər yoluxub. CDC-nin bunun azaldılmış olduğunu deməsinə baxmayaraq, bu göstərici yüzdə bir faizdən azdır.
"Peyvənd olunan hər kəs buna reaksiya vermir. Peyvənd olunan insanların immun sisteminin buna 100 faiz cavab verəcəyinə əmin deyilik" - deyə, Merilend Universiteti Genom Tədqiqatları İnstitutunun direktor müavini Jak Ravel bildirib.
İmmun sisteminin zəif reaksiyası ilə yeni bir virus variantı arasındakı fərqi ayırd etmək üçün alimlər peyvənd olunan xəstənin yoluxmaya səbəb olan virusun genetik kodunu və ya ardıcıllığını öyrənməlidir.
Merilend Universiteti COVID-19-un ardıcıllığını izləyən ümummilli qurumlar şəbəkəsinin bir hissəsidir. Ravel institutunun vaksin vurdurmuş insanların virusa yoluxduğuna dair heç bir dəlil aşkar etmədiyini deyib.
Onun sözlərinə görə, bunlar çox güman ki, peyvəndə müsbət reaksiya verməyən və ya özlərini qorumayan insanlardır.