Accessibility links

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi: Peyvənd vurulan insanlar açıq havada maska taxmaya bilər


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni təlimatına əsasən, peyvənd vurulan insanlar peyvənd vurulub-vurulmamasından asılı olmayaraq, başqa insanlarla açıq havada maska taxmadan bir araya gələ bilər.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin çərşənbə axşamı açıqladığı yeni tövsiyələrində peyvənd olunan insanların konsertlər və ya stadionlar kimi adamların sıx toplaşdığı yerlər xaricində açıq havada koronavirusa yoluxma və ya yayma ehtimalının az olduğu bildirilib.

"Son bir ildə amerikalılara nələri edə bilmədiklərini izah etmək üçün çox vaxt sərf etdik. Bu gün isə əgər peyvənd edilmisinizsə, nələri edə biləcəyinizdən danışmaq istəyirəm" - deyə, mərkəzin direktoru Roşel Valenski çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamasında bildirib.

"Tam peyvənd olunmaq" o deməkdir ki, ikinci peyvənd vurulduqdan iki həftə sonra immun sistemi tam reaksiya göstərməyə başlayıb.

Açıq havada yemək? Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi "Heç bir problem yoxdur" deyir. "Maskanızı kənara qoyun. Gəzinti, qaçış və ya velosiped sürmək? Davam edin və üzünüzü açın" - deyə, mərkəz bildirir.

Peyvənd edilən insanların açıq havada maska taxmalarına ehtiyac olan yerlər küçə festivalları, paradlar, bazarlar və ya siyasi mitinqlər kimi izdihamlı yerlərdir.

"Maskanızı əlinizdə saxlayın və içəri girdiyiniz zaman yenə də maska taxın" - deyə, mərkəz tövsiyə edir.

Restoranlar, kino-teatrlar, gözəllik salonları, dini mərasimlərin keçirildiyi yerlər və idman zalları kimi digər qapalı yerlər peyvənd vurulan insanlar üçün daha təhlükəsizdir.

Yalnız maska taxmaq lazımdır.

Peyvənd vurulubsa niyə qapalı yerdə maska taxmalısınız?

"Bu peyvəndlər əsasən 95% təsirli olur. Mən 100% demədim. Buna görə də yoluxa biləcəyinizə dair kiçik risk mövcuddur", Vanderbilt Universiteti Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə professoru Villiam Şaffner deyir.

Peyvənd olunmuş şəxs xəstəliyi ağır keçirməsə də, peyvənd edilməyən başqa birisini yoluxdura bilər.


Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG