Accessibility links

Xəzərin sahil əraziləri tullantılardan təmizlənib


Xəzərin sahil əraziləri tullantılardan təmizlənib
Xəzərin sahil əraziləri tullantılardan təmizlənib

Bu gün, avqustun 8-də “Xəzər Günü” ərəfəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, "EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri və ekokönüllülər Xəzər dənizinin sahilboyu ərazilərinin təmizlənməsi aksiyasında iştirak ediblər.

Xəzərin sahil əraziləri tullantılardan təmizlənib
Xəzərin sahil əraziləri tullantılardan təmizlənib

Aksiyada 10 hektara yaxın ərazi tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi facebook səhifəsində məlumat yayıb.

Xatırladaq ki, hər il yerli təbiətsevərlər, ekoloqlar, xarici ölkələrin diplomatik nümayəndəlikləri Xəzər dənizi sahillərini plastik qablardan və tullantılardan təmizləmək üçün aksiyalar keçirir.

“Xəzər Günü” hər il avqustun 12-də keçirlir. Bu gün Xəzər dənizinin dəniz ətraf mühiti ilə bağlı konvensiyasının imzalanması ilə bağlıdır.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Xəzər dənizi
Xəzər dənizi

Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasını nəzərdə tutur. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar əksini tapıb.

Konvensiya beş Xəzəryanı dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 12 avqust 2006-cı ildə qüvvəyə minib. Bundan sonra hər ilin 12 avqustu Xəzəryanı dövlətlərdə “Xəzər günü” kimi qeyd edilməyə başlanıb.

“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

XS
SM
MD
LG