Accessibility links

Xəzərdə dalğanın hündürlüyü 9,3 metrə çatıb


Dənizdə dalğa
Dənizdə dalğa

“Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.”

Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Qərargah bildirir ki, yanvarın 17-də Bakı vaxtı ilə saat 21-ə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

“Xəzərdə dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir,” qərargah bildirir.

Dənizdə dalğa
Dənizdə dalğa

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yanvarın 18-də də qüvvəsindədir.

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağıntılı olacaq, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da yanvarın 18-də yağıntılı olacaq, sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG