Accessibility links

Xəzəryanı ölkələr Xəzər dənizinin statusu barədə razılığa gəldilər [Video]


Xəzəryanı ölkələr Xəzər dənizinin statusu barədə razılığa gəldilər
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Xəzəryanı ölkələr Xəzər dənizinin statusu barədə razılığa gəldilər

Təbii resurslarla zəngin Xəzər dənizinin sahilində yerləşən beş ölkənin liderləri dünyanın ən böyük daxili su hövzəsinin statusu barədə razılığa gəliblər. Xəzərin hüquqi statusu üzrə konvensiya bazar günü Qazaxıstanda keçirilmiş zirvə toplantısında imzalanıb. Xəzəryanı ölkələr ayrı-ayrılıqda ticari-iqtisadi əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalayıblar. Bu görüş Rusiya və İran iqtisadiyyatının ABŞ sanksiyalarından təsirləndiyi bir dövrə təsadüf edib.

Xəzər dənizi Avropa və Asiyada, beş ölkə - Azərbaycan, İran, Qazaxıstan, Russiya və Turkmənistan sahilində yerləşir. Həm dənizdə, həm də sahillərdə yerləşən yataqlarda böyük həcmdə neft və təbii qaz ehtiyatları var. Sovet İttifaqının dağılmasından sonra, dəniz sərhədlərinin demarkasiyasında yaranan mübahisələr üzündən suda yerləşən yataqların böyük hissəsi hasil olunmayıb.

Bazar günü, beş ölkənin imzaladığı razılaşma, bu istiqamətdə bir addımdır. Rusiya prezidenti Vladimir Putin müqaviləni 'tarixi hadisə' adlandırib. O bildirib ki, bu hadisə hamı üçün vacib idi: Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzalandı. Bu, ümumi irsin – Xəzər dənizinin – istifadəsi və qorunması ilə bağlı qaydalar və öhdəliklərin ətraflı və geniş tərkibini əhatə edən beynəlxalq müqavilədir.

İran prezidenti Həsən Ruhani qaydalardan bir neçəsini səsləndirdi: Xəzər dənizi Xəzəryanı ölkələrə məxsusdur. Hərbi bazaların tikintisi və onları xarici ölkələr tərəfindən istifadəsi, hərbi gəmilərin, təyyarə-daşıyıcılarının və sualtı qayıqların, döyüş təyyarələrinin həddindən artıq uçuşu və hətta digər ölkələrə məxsus yüklərin daşınması qadağandır.

Beş ölkə arasında neftlə zəngin dənizin dibinin bölünməsi məsələsi növbəti müzakirələrə qaldı. Ancaq indi imza sahibləri ən azı dinc əməkdaşlığa öhdəlik götürüblər.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirdi ki, bu Konvensiya bir növ Xəzər dənizinin konstitusiyasıdır. Konvensiya sahilyanı dövlətlərin hüquq və vəzifələri ilə bağlı bütün problemləri həll etmək üçün nəzərdə tutulub və bütövlükdə bölgənin təhlükəsizliyini, sabitliyini və rifahını təmin edəcək.

Eyni zamanda, Xəzəryanı dövlətlərin rəhbərləri iqtisadiyyata faydalı müxtəlif ticarət və nəqliyyat müqavilələri imzaladılar. Rusiya və İran prezidentləri ikitərəfli məsələləri, o cümlədən onların Suriyadakı rolu və Tehranın ABŞ-ın nüvə sazişini tərk etdikdən sonra yaranmış durumu müzakirə etmək üçün görüşdülər.

İran prezidenti Həsən Ruhani, İran, Rusiya və digər ölkələrin nüvə razılaşması çərçivəsində əməkdaşlığı davam etdirəcəklərini bildirdi.

Həm İran, həm də Rusiya yenilənmiş ABŞ sanksiyalarının təsirləri ilə üzləşirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG