Accessibility links

Xəzəryanı dövlət başçılarının sammiti Aktauda keçiriləcək


Xəzəryanı ölkə başçılarının sammiti avqustun 12-də Aktauda keçiriləcək. Bu barədə Qazaxıstan xarici işlər naziri Kayrat Abdrahmanov bildirib.

Nazirin sözlərinə görə, bütün dövlətlər diplomatik kanallarla iştiraklarını təsdiq ediblər.

"Hazırda beş Xəzəryanı dövlətin - Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici işlər nazirləri avqustun 12-də Aktauda keçirilməsi planlaşdırılan beşinci Xəzər sammitinə hazırlıq üzrə fəal iş aparır", Abdrahmanov jurnalistlərə bildirib, xəbəri "RİA Novosti" yayıb.

Sammitdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanacaq. Beş ölkənin nümayəndələri 20 ildən çoxdur bu sənəd üzərində işləyir.

İyunun 21-də Rusiya hökuməti Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiq edib. Sənədə əsasən, Xəzəryanı dövlətlər bütün "beşliyin" razılığını almadan, yalnız boru kəməri sektorundan keçən ölkələrin razılığı əsasında dənizin dibindən bor kəmərləri çəkə biləcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG