Accessibility links

X-Lady mağazasında yanğın baş verib


X-Lady mağazasında yanğın başlayıb (Foto Aydın Oktay oglunun facebook səhifəsindən götürülüb)
X-Lady mağazasında yanğın başlayıb (Foto Aydın Oktay oglunun facebook səhifəsindən götürülüb)

İyunun 23-də səhər saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını söndürüb.

Müşahidəçilər yanğının iki saatadək davam etdiyini bildirir.

X-Lady mağazasında yanğın başlayıb (Foto Aydın Oktay oglunun facebook səhifəsindən götürülüb)
X-Lady mağazasında yanğın başlayıb (Foto Aydın Oktay oglunun facebook səhifəsindən götürülüb)

Hadisə yerində olanlardan bir nəfər Amerikanın Səsinə bildirib ki, ticarət mərəzi Neftçilər metro stansiyasının qarşısında yerləşir.

"Yanğının söndütrülməsinə çoxsaylı yanğınsöndürən avtomobillər cəlb edilib. Yollarda böyük tıxaclar yaranıb,” o qeyd edib.

Rəsmi qurumlar yanğının səbəbləri və xəsarət alanlar barədə məlumat vermir. Sosial şəbəkələrdə yayılan forolardan yanğının binanın dam hissəsində baş verdiyi görünür.

X-Lady mağazasında yanğın başlayıb (Foto Aydın Oktay oglunun facebook səhifəsindən götürülüb)
X-Lady mağazasında yanğın başlayıb (Foto Aydın Oktay oglunun facebook səhifəsindən götürülüb)

Bu il martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. Beşmərtəbəli bina tamamilə yanıb. Yüzlərlə ticarətçiyə milynlarla manat ziyan dəyib. Ticarətçilərə dəyən ziyan dövlət tərəfindən ödənilir.

XS
SM
MD
LG