Accessibility links

Xaşuqci və Sentsov Maqnitski İnsan Haqları Mükafatına layiq görülüb


Xaşuqci və Sentsov Maqnitski İnsan Haqları Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Rusiyanın Krımı qanunsuz ilhaqını işıqlandırdığı üçün Rusiyada həbs olunan ukraynalı jurnalist Oleq Sentsov və qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqçi Londonda Maqnistki mükafatı ilə təltif olunublar. Bu mükafat insan haqlarını müdafiə etmək üçün həyatlarını riskə atan insanlar üçün nəzərdə tutulub.

Ukraynalı jurnalist Oleq Sentsova noyabrın 14-də Londonda keçirilən mərasimdə 2018 İnsan Haqları Mükafatı təqdim olunub. Bu mükafat ona bir il sonra verilib, çünki o, sentyabr ayında həbsdən yeni azadlığa buraxılıb.

Sentsov Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsini işıqlandırdığı üçün həbs olunub və ona qarşı saxta terror ittihamları irəli sürülüb.

Camal Xaşuqci
Camal Xaşuqci

Mükafatı mərhum ABŞ senatoru Con MakKeynin qızı Meqan MakKeyn təqdim edib.

“O işgəncəyə məruz qalıb. O, 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Sibirə, Arktikaya sürgün edilmişdi. O, əziyyət çəkirdi. O, çox uzun müddət həbsdə idi. Mən ədalətsiz həbs olunan insanlar haqda bir az məlumata sahibəm. Onları əsir tutanlar onları sındırmağa çalışır. Amma onlar əvvəlkindən daha güclü olur. O, Oleq Senstsovdur”, Meqan MakKeyn deyib.

Amerikanın Səsinə danışan Sentsov yüzlərlə digər ukraynalının sərbəst buraxılmasına çağırıb.

“Rusiyada 100-ə yaxın ukraynalı həbsdədir. Onların çoxu Krım tatarlarıdır. Bundan əlavə 200-dən çox insan hazırda Rusiyanın nəzarətində olan Donbas ərazisində separatçılar tərəfindən həbs olunub. Bütün məhbuslar azad olunmalıdır, çünki onlar qeyri-qanuni şəkildə həbs olunub və onlar Kremlin əsirləridir”, Sentsov deyib.

Oleq Sentsov
Oleq Sentsov

Çinin uyğur müsəlmanlarına qarşı təqibləri intensivləşir. Belə ki, artıq bir milyondan çox uyğurun Sincan vilayətində düşərgələrdə olduğu güman edilir.

Azadlıq Radiosunun Asiya bölümünün əməkdaşı Gülçöhrə Hoca bu təqibləri işıqlandırdığı üçün 2019-cu il Maqnistki İnsan Haqları Mükafatına layiq görülüb.

“Dünyanın səssizliyi Çini konsentrasiya düşərgələrində bir milyondan çox insanı saxlamağa təşviq edir. Düşərgədə olmayanlar isə dünyanın ən pis Orvel üsulundakı kütləvi nəzarətlə məşğul olan polis dövlətinin idarəsi altında əziyyət çəkir”, o söyləyib.

Maqnitski Mükafatına hüquqşünas Sergey Maqnitskinin adı verilib. O, 10 il bundan öncə dövlətin 230 milyon dollarlıq vergi fırıldaqçılığının üstünü açandan sonra Rusiya həbsxanasında gözətçilər tərəfindən döyülərək öldürülüb.

2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda səudiyyəli rəsmilər tərəfindən ölüdürülərək, bədəni parçalara bölünən səudiyyəli jurnalist Camal Xaşuqçi də Atəş Altında Cəsarət mükafatına layiq görülüb. Mükafatı onun adından nişanlısı Hatice Cengiz qəbul edib.

“Məndə elə bir hiss var ki, sanki Sergey Maqnistki və Camalın ruhları hazırda bizimlədir. Onlar bizə gülümsəyir. Onlar Camalı bu dünyadan aparsa da, biz mübarizə aparmağa və onun dəyərlərini canlı tutmağa davam edəcəyik”, Hatice Cengiz bildirib.

Sergey Maqnitskinin keçmiş müştərisi Bill Brauder isə bu mübarizəni davam etdirmək üçüm dünya boyu Maqnistki qanun layhisinin qəbul edilməsinə çağırıb. Bu qanun layihəsi insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiq olunmasına imkan yaradır.

Maqnistki Mükafatının bu cür hüquq pozuntularına qarşı mübarizə edənlərin verdiyi qurbanları vurğulayaraq cəzasızlığa son qoyacağına dair ümidlər var.

XS
SM
MD
LG