Accessibility links

Xabarovskda insanlar etirazlarını davam etdirirlər


Şənbə günü Rusiyada böyük bir izdiham yenidən Xabarovsk şəhərinin küçələrinə axışıb. Onlar sabiq qubernator Serger Furqalın həbsinə etirazlarını davam etdirirlər.

Furqalın iyulun 9-da həbsindən bəri sakinlər hər gün şəhərdə nümayiş keçiriblər. Bu etirazların miqyası həftəsonlarında daha böyük olub.

“Mən hökümətin kursu ilə razılaşmıram. Bu hökümət cinayətkardır. Onlar bizim şəhərlərimizi, regionlarımızı talan edirlər. Mən Kremlə qarşıyam. Bütün pisliklər Kremldan gəlir,” etirazçı Elvira deyib.

Qubernator 2004 və 2005-ci illərdə baş verən qəttlərlə əlaqəli ittihamlarla federal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Moskvaya gətirilib, orda isə iki ay müddətinə həbs olunub.

Millətçi Liberal Demokratik Partiyasının üzvü olan Furqal ittihamları rədd edib.

Moskvadan 6100 kilometr uzaqda, Çinlə sərhəddə yerləşən Uzaq Şərq şəhərindəki etirazçılar ona qarşı sürülən ittihamların siyasi motivli olduğuna inanır.

Xabarovskda etirazçılar həmçinin Belarusdakı müxalifətə dəstəklərini ifadə ediblər. Belarusda seçki rəsmiləri avtoritar prezident Aleksandr Lukaşenkonu avqustun 9-da keçirilən seçkinin qalibi elan ediblər.

“Biz onlara görə çox narahatıq. Prezident, yəni hələlik prezident olan Lukaşenkonun etdikləri tamamilə qəbuledilməzdir. Bunu öz xalqına qarşı etmək olmaz,” etirazçı Oleq söyləyib.

Belarus Seçki Komissiyası bazar ertəsi bütün səslər hesablanandan sonra Lukaşenkonun səslərin 80.23 faizi ilə 9.9 faiz səs toplayan əsas rəqibi Svetlana Tixanovskaya qalib gəldiyini bildirib.

“Mən heç vaxt Belarusda olmamışam, amma belə başa düşürən ki, bizi birləşdirən orta tariximiz var. Bizim siyasi sistemlərimiz 90-cı illərdə və ondan əvvəl yan-yana inkişaf edib. Buna görə də, məncə biz bir-birimizi yaxından izləyib, dəstəkləməliyik. Məncə belaruslar çox gözəl iş görürlər və biz onlardan çox şey öyrənə bilərik,” mühəndis Yelizaveta Lipatova deyib.

Etiraz iştirakçılarının bəziləri həbs olma qorxusu ilə soyadlarını verməyib.

Müxalif lider Aleksey Navalnının Xabarovsk regionu üzrə kampaniya sədri Aleksey Vorsin şənbə günü tətil çağırışından sonra həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG