Accessibility links

Xalid Bağırov: Bir neçə vəkilin cəzalandırılması ilə digər vəkillərə dərs verilməsinə çalışılır [Audio]


Fevralın 2-də Bakının Nizami Rayon Məhkəməsində Azərbaycan Vəkillər Kollegiyasının Xalid Bağırovun vəkillikdən uzaqlaşdırılması barədə müraciətinə baxılıb.

please wait

No media source currently available

0:00 0:06:38 0:00
Direct link

Xalid Bağırovun Amerikanın Səsinə müsahibəsindən çıxarışlar:

“Bu gün məhkəmə ilk baxış iclasını keçirib. İşin mahiyyəti üzrə məhkəmə işə baxmadı. Qaldırdığım dörd vəsatətin dördünü də məhkəmə rədd etdi.”

Xitam verilməsi nə ilə izah edilib?

“Şəki Apellyasiya Məhkəməsində İsmayıllı işi ilə bağlı (mən İsmayıllıdan təqsirləndirilən şəxsləri müdafiə edirdim) məhkəmə iclasındakı çıxışlarımın birində “belə dövlətdə belə məhkəmə olar, “Azərbaycanda ədalət məhkəməsi olsaydı Rəşid Hüseynov belə bir ədalətsiz və qərəzli hökm çıxarmazdı və bir vəkil kimi fəaliyyət göstərə bilməzdi” kimi (birinci instansiyada işə baxmış hakim) ifadələr işlətmişəm.Məhkəmə Azərbaycan dövlətinə, Azərbaycanın ədalət-mühakimə sisteminin nüfuzuna təsir edən ifadələr işlətdiyim üçün Azərbaycan Vəkillər Kollegiyasına müraciət edib.”

Son zamanlar həbsdə olan jurnalistlər, hüquq müdafiəciləri, müxalifət üzvlərini müdafiə edən vəkillərin fəaliyyətinə son qoyulmasına münasibət:

“Bu, aktiv kəsimin, jurnalistlər və blogerlərin həbsi və təqibi prosesinin davamıdır. Bu, hüquq mücadiləsindən daha çox psixoloji mübarizədir.”

“Bir neçə vəkilin cəzalandırılması ilə digər vəkillərə dərs verilməsinə çalışılır. Mənim barəmdə də verilən qərar digər vəkillərin gözünün qorxudulmasından başqa mahiyyət daşımır.”

Hüquqların müdafiəsi:

“Mən əsas müdafiə istiqamətini ölkə daxilində deyil, ölkə xaricində görürəm.”

“Mənə qarşı qaldırılan iddianın əsassız olduğunu göstərmək üçün yalnız bir- Avropa Məhkəməsinin president qərarını ortaya qoymaqla məhkəmənin bu iddianı rədd etməsi mümkündür. Bu, Kabanovun Rusiyaya qarşı işidir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG