Accessibility links

Avropa Məhkəməsi Xalid Bağırovun şikayəti üzrə kommunikasiyaya başlayıb


Vəkil Xalid Bağırov
Vəkil Xalid Bağırov

Avropa İnsan Hüquqları Məhkəməsi bu günlərdə vəkil Xalid Bağırovun vəkillik fəaliyyətindəın uzalqaşdırılması ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayıb. Bu barədə Turana Bağırovun özü məluumat verib.

Xalid Bağırov həbsdə olan müxalifət lideri, REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun məhkəməsində tənqidi çıxış edib. Bundan bir neçə gün sonra, 2014-cü il dekabrın 10-da Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyəti dayandırılıb. Xalid Bağırov Vəkillər Kollegiyasının qərarından2015-ci ilin yanvarında Avropa Məhkəməsinə şikayət edib.

O Avropa İnsan Haqları Konvüensiyasının 10-cu maddəsi (ifadə azadlığı) üzrə hüququnun pozulduğunu iddia edir.

Xalid Bağırovun bundan öncə 2011-ci il avqustun 24-də polis bölməsində müəmalı şəkildə vəfat etmiş Elvin Əsgərovun cinayət işi ilə bağlı mediada çıxışından sonra bir il vəkillik fəaliyyəti dayandırlmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG