Accessibility links

Müğənni Teymur Mustafayev koronavirusdan vəfat edib


Muğam ustası Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəvat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, iyunun 4-də 1939-cu il təvəllüdlü Teymur Mustafayev ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, II tip şəkərli diabetlə ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

"Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq süni ventilyasiya aparatına qoşulub. Həkim infeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, iyunun 11-də bioloji ölüm qeyd olunub," TƏBİB-in məlumatında deyilir.

XS
SM
MD
LG