Accessibility links

Xalq Cəbhəsi və Müsavat Partiyalarının fəalları saxlanılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elşad Atayev həbs edilib, Müsavat Partiyasının fəalı Ceyhun Məmmədli saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, İmişli rayonunda yaşayan Elşad Atayev 10 sutka müddətində inzibati qaydada həbs edilib.

"Bu gün, iyunun 27-də onu İmişli Rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 10 sutka inzibati həbs veriblər," məlumatda deyilir.

Partiya bildirir ki, Atayevin həbs səbəbi onun sosial şəbəkələrdə aktiv olması və hakimiyyəti tənqid etməsidir.

İyunun 27-də Müsavat Partiyası Zərdab rayon təşkilatının sədri Ceyhun Məmmədli polisə aparılıb. Orada onun barəsində İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddə ilə protokol tərtib olunub.

Müsavat Partiyasının məlumatına görə, səhər saatlarında sahə müvəkkili və iki mülki şəxs Məmmədlinin evinə gələrək onu özləri ilə aparıblar.

"Aparılanda səbəblər barədə heç bir məlumat verilməyib. Yalnız bildirilib ki, Məmmədlini Zərdab Rayon Polis Şöbəsinə aparırlar."

Partiyadan əlavə ediblər ki, bir neçə saatdan sonra Məmmədli polis şöbəsindən sərbəst buraxılsa da, bu gün, iyunun 28-də məhkəmənin qarşısına çıxarılacaq.

"Evindən apardıqları adamı polisə tabe olmamaqda ittiham ediblər. Əsl səbəb isə sosial şəbəkədəki tənqidi yazılarıdır," partiya bildirir.

Müxalifət fəallarının həbsi və saxlanılması ilə bağlı hüquq mühafizə orqanları hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG