Accessibility links

İranın ali ruhani lideri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsinin ofisi - Hüseyniyyə məscidi bağlanıb


Paytaxt Bakıda yerləşən Hüseyniyyə məscidi bağlanıb.

Bu məscid İranın ali ruhani lideri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi idi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun verdiyi açıqlamaya görə, bu məscid son vaxtlar koronavirusun yayıldığı yerlərdən biridir.

"Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".

Hələlik bununla bağlı İranın rəsmi açıqlaması yoxdur.

Son zamanlar Azərbaycan rəsmilərinin İrana məxsus yük maşınlarının onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşımasını bəyan etməsi Azərbaycan və İran arasında gərginliklərin daha da armasına səbəb olub. Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

İran oktyabrın 1-də ölkənin şimal-qərb regionunda hərbi təlimlərə başlayıb. Bəzi müşahidəçilər İran hərbi qüvvələrinin artilleriya, dronlar və helikopterlərin cəlb edildiyi hərbi təlimlərinin İsrailin Tehranın bildirdiyi kimi Azərbaycanda nüfuzunun artması ilə əlaqədar narahatlıqları ilə izah edirlər. Hərbi manevrlər həmçinin sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın birgə təilmlərindən sonraya təsadüf edir. Bir sıra müşahidəçilərin fikrincə, NATO üzvü olan Türkiyə və Cənubi Asiyada nüvə qüdrətinə malik olan Pakistanın Azərbaycanla birgə hərbi təlimlər keçirməsi İran tərəfindən narahatlıqla qarşılanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG