Accessibility links

Xamenei ABŞ-la İranla raket, nüvə proqramları ilə əlaqədar danışıqları rədd edir


İranın Ali Dini Rəhbəri Ayətullah Xamenei Vaşinqtonla Tehranın ballistik raket və nüvə proqramları ilə bağlı danışıqları istisna edib və ABŞ-ı "İranın əsas düşməni" adlandırıb.

"Amerikanın İrana qarşı qəddar sanksiyaları iqtisadiyyatımızı çökdürmək məqsədi daşıyır.....Onların məqsədi bölgədəki nüfuzumuzu məhdudlaşdırmaq, raket və nüvə imkanlarımızı dayandırmaqdır " deyə Xamenei iyulun 31-də dövlət televiziyasındakı canlı çıxışında bildirib.

"Milli imkanlara güvənmək və neft ixracatından asılılığımızı azaltmaq Amerikanın təzyiqlərinə qarşı çıxmağımıza kömək edəcək" deyə o əlavə edib.

Vaşinqton və Tehran arasındakı gərginlik Prezident Donald Tramp 2018-ci ilin may ayında ABŞ-ı İran və dünya gücləri arasında 2015-ci ildə bağlanmış müqavilədən geri çəkəndən bəri artmaqdadır. Müqaviləyə əsasən İran sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə fəaliyyətini azaldacağını vəd edirdi.

Tramp sələfi Barak Obamanın administrasiyası tərəfindən imzalanan razılaşmanı "indiyədək bağlanış ən pis razılaşma" adlandırıb.

Bundan sonra Vaşinqton İrana qarşı tətbiq olunan və “maksimum təzyiq” kampaniyasının bir hissəsi adlandırdığı sanksiyaları bərpa edib. Lakin buna cavab olaraq İran tədricən nüvə öhdəliklərini pozmağa başlayıb.

Xamenei çıxışı zamanı həmçinin avropalıları 2015-ci il müqaviləsini xilas edə bilmədiklərinə görə də tənqid edib.

"Onlar boş vədlərlə İran iqtisadiyyatına zərbə vurdular"- Xamenei İngiltərə, Fransa və Almaniyanın 2015-ci il sazişini xilas etmək səylərinə istinadən söyləyib.

Tramp administrasiyası Tehranla İranın nüvə proqramını daha da məhdudlaşdırmaq, raket proqramını dayandırmaq və İslam respublikasının regional təsirini məhdudlaşdırmaq üçün daha genişmiqyaslı razılaşma aparmaq istədiyini söyləyir.

Rəsmi Vaşinqton eyni zamanda oktyabr ayında başa çatacaq BMT-nin Tehrana tətbiq etdiyi silah embarqosunun müddətinin uzadılması üçün də təzyiq göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG