Accessibility links

Xameneyi virus haqda əsassız nəzəriyyəyə istinad edərək ABŞ-ın yardımını rədd edib


İranın Ali dini rəhbəri Ayətulla Xameneyi Tehranda çıxış edir, 22 mart, 2020.
İranın Ali dini rəhbəri Ayətulla Xameneyi Tehranda çıxış edir, 22 mart, 2020.

İranın Ali dini rəhbəri virusun Amerika tərəfindən yaradıldığına dair əsassız nəzəriyyəni əsas gətirərək, ABŞ-ın koronavirsa qarşı mübarizəyə kömək məqsədilə yardımını rədd edib.

Ayətulla Xameneyi bu açıqlamaları Tehranın ABŞ-ın İranın xam neftini satması və beynəlxalq maliyyə bazarlarına çıxışının qarşısını alan sanksiyaları ilə qarşılaşdığı vaxt verir.

İranın mülki rəsmiləri bu günlər sanksiyaları daha çox tənqid etdiyi halda, 80 yaşlı Xameneyi pandemiyaya görə məsuliyyətdən yayınmaq üçün Çin rəsmiləri tərəfindən virus haqda daha çox istifadə edilən nəzəriyyəni əsas götürmək yolunu seçib.

“Mən bu ittihamın nə qədər real olduğunu bilmirəm, amma o mövcud olduğu halda düzgün düşünən hansı kəs sizin onlara dərman verəcəyinə inana bilər? Bəlkə də dərmanınız virusu daha da çox yaymaq üçün bir yoldur”, Xameneyi bildirib.

O həmçinin heç bir əsas gətirmədən virusun “iranlılar haqda müxtəlif yollarla əldə edilmiş genetik informasiyalar əsasında xüsusi olaraq İran üçün hazırlandığını” iddia edib.

“Siz həkim və terapevt kimi insanları göndərə bilərsiniz, bəlkə də onlar bura gəlib hazırladıqları zəhərin necə işlədiyini görmək istəyir”, Xameneyi əlavə edib.

Xameneyinin iddialarını təsdiq etmək üçün dünyanın heç bir yerində elmi sübut yoxdur.

Xameneyinin açıqlamaları bu ayın əvvəli Çin hökumətinin sözçüsü Litsian Jaonun Twitter sosial şəbəkəsində yazdığı tvitdən sonraya təsadüf edir. “Epidemiya Uhana ABŞ ordusu tərəfindən gətirilmiş ola bilər. Açıq olun. İctimaiyyətə öz informasiyanızı açıqlayın. ABŞ izahat verməlidir!”, o yazıb.

Çin hökumətinin sözçüsü ABŞ Dövlət Departamentinin Çin səfirini şikayət üçün çağırmasına səbəb olmuş iddialarını təsdiq etmək üçün heç bir sübut göstərməyib.

Koronavirus epidemiyası dekabr ayında Çinin Uhan şəhərində başlayıb. Son günlər virus Tramp administrasiyası tərəfindən daha çox “Çin virusu”, ya da “Uhan virusu” adlandırılır. Ümumdünya Səhiyyə Təşkilatı virusun səbəb olduğu xəstəliyi rəsmi olaraq COVID-19 adlandıır. ABŞ-ın Arkanzas ştatından bir senator isə hətta əsassız nəzəriyyəyə görə virusun Çində bioloji silah olaraq yaradıldığını irəli sürüb.

Keçən həftə elmi Nature Medicine jurnalında dərc edilmiş məqalədə “virusun SARS-CoV tipli oxşar koronavirus əsasında laboratoriyada yaradılmasının mümkün olmadığı” bildirilir.

XS
SM
MD
LG