Accessibility links

Xameneyi: ABŞ Tehranın nüvə öhdəliklərinə qayıtması üçün sanksiyaları aradan qaldırmalıdır


İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi bazar günü bildirib ki, Vaşinqton Tehranın nüvə sahəsində fəaliyyətlərindən geri çəkilməsini istəyirsə, ABŞ bütün sanksiyaları aradan qaldırmalıdır.

“İran 2015-ci ildə imzalanan nüvə müqaviləsinə əsasən bütün öhdəliklərini yerinə yetirib, ABŞ və üç Avropa ölkəsi deyil ... Əgər onlar İranın öz öhdəliklərinə qayıtmasını istəyirsə, ABŞ ilk növbədə bütün sanksiyaları aradan qaldırmalıdır”, Xameneyi Twitter səhifəsində yazıb.

“Bütün sanksiyaların aradan qaldırılıb-qaldırılmadığını yoxladıqdan sonra (sazişə) tam əməl olunmasına qayıdacağıq” - deyə, o əlavə edib.

Keçən ay vəzifəsinin icrasına başlayan ABŞ Prezidenti Co Bayden Tehranın 2015-ci il nüvə razılaşmasına tam əməl edilməsinə qayıdacağı təqdirdə, Vaşinqtonun buna uyğun olaraq bu nümunədən İranın raket istehsalını inkişaf etdirməsi və regional fəaliyyətlərini məhdudlaşdıra biləcək daha geniş bir razılaşmanən əldə edilməsi üçün istifadə edə biləcəyini bildirib.

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə İran və dünyanın altı güdrətli dövləti arasında əldə edilmiş nüvə razılaşmasından çıxmış və Tehrana qarşı sanksiyaları bərpa etmişdi.

İran Trampın “maksimum təzyiq” siyasətinə cavab olaraq razılaşmanı addım-addım pozub, lakin ABŞ-ın sanksiyaları aradan qaldıracağı halda bu addımları tez bir zamanda geri çəkə biləcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG