Accessibility links

Əli Xameneyi Yəməndəki husi yaraqlılarına dəstəyin davam etdiriləcəyini deyir


İranın Ali dini lideri Ayətulla Əli Xameneyi Yəməndəki şiə husi yaraqlılarına dəstəyin davam etdiriləcəyini deyir. Husilər Səudiyyənin başçılıq etdiyi koalisiyaya qarşı vuruşurlar, koalisiya isə dörd ildir Yəmənin devrilmiş hökumətini bərpa etməyə çalışır.

Dövlət televiziyasında çıxış edən Xameneyi yəmənlilər arasında dialoqa da çağırıb. On minlərlə adamın ölümünə səbəb olmuş müharibə ölkəni aclıq həddinə çatdırıb.

Xameneyi Səudiyyə Ərəbistanını “Yəməni parçalamağa” çalışmaqda suçlayıb, deyib ki, “suveren bütövlüyü olan vahid Yəmən gücləndirilməlidir”.

İranın dəstəklədiyi husilər Yəmənin paytaxtı Sanaaya və ölkənin əhalisinin çox sıx olan bölgəsinə nəzarət edir.

Səudiyyə və koalisiya tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2015-ci ildən husilərlə savaşır, prezident Abed Rəbbo Mənsur Hadi hökumətini dəstəkləyir.

BƏƏ iyunda quru qüvvələrinin böyük hissəsini geri çəkib.

Bu münaqişə sünni müsəlman Səudiyyə Ərəbistanı ilə şiə İran arasında proksi müharibə sayılır.

XS
SM
MD
LG