Accessibility links

Xameneyi İranın müdafiə qabiliyyətinin artırılmasına çağırıb


İranın Ali dini rəhbəri Ayətullah Əli Xameyeni

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameyeni İranla Birləşmiş Ştatlar arasında gərginliklərin artdığı bir zaman müharibə ehtimalının az olduğunu deyib, lakin İranın hərbi qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına çağırıb.

ABŞ-ın Tehranla dünyanın altı qüdrətli dövləti arasında nüvə sazişindən çıxmasının ardınca İran ölkənin müdafiə qabiliyyətinin artırılması məqsədilə şənbə günü ballistik və qanadlı raketlərin sayının artırılması və müasir döyüş təyyarələri və sualtı qayıqların əldə edilməsi planlarını elan edib.

“Ayətullah Xameneyi siyasi hesablamalara əsasən qeyd edib ki, hərbi münaqişə ehtimalı yoxdur, lakin əlavə edib ki, hərbi qüvvələr ayıq olmalı və hərbi personal və təchizat qabiliyyətlərini artırmalıdır”, Ali dini rəhbərinin veb səhifəsində ona istinadən məlumat verilib.

Hərbi qabiliyyətlərin artırılması planları haqda şənbə günü məlumatlardan bir gün öncə İran Fransanın Tehranın gələcək nüvə planları, ölkənin nüvə arsenalı və eləcə də Suriya və Yəməndə müharibələrdə rolu ilə bağlı danışıqlara dair çağırışını rədd edib.

İran prezidenti Həsən Ruhani keçən ay deyib ki, Vaşinqtonu İrana hücum etməkdən saxlayan İslam Respublikasının hərbi qüdrətidir.

Ayətullah Xameneyi siyasi hesablamalara əsasən qeyd edib ki, hərbi münaqişə ehtimalı yoxdur, lakin əlavə edib ki, hərbi qüvvələr ayıq olmalı və hərbi personal və təchizat qabiliyyətlərini artırmalıdır.

Bununla yanaşı, İRNA agentliyinin verdiyi məlumata əsasən, İranın yüksək səviyyəli diplomatı Kamal Xarrazi ölkədə səfərdə olan Britaniya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi Alistar Börtla görüşdə ABŞ-ın nüvə sazişindən çıxması və Vaşinqtonun sanksiyaları bərpa etməsi müqabilində Avropanı planlaşdırdığı iqtisadi paketlə bağlı tez zamanda fəaliyyətə keçməyə çağırıb.

“ABŞ-ın sansiyaları və təzyiqləri bərpa etməsi və Avropanın öz təəhhüdlərini yerinə yetirmək üçün cəld reaksiya göstərə bilməməsinin ciddi nəticələri olacaq”, Kamal Xarrazi bildirib.

İran rəsmiləri bildirib ki, dünya qüdrətləri və Tehran arasında 2015-ci ildə əldə edilmiş nüvə sazişindən çıxıb-çıxmamaq məsələsi ilə bağlı qərar ABŞ sanksiyalarının müqabilində Avropanın iqtisadi paketinin öyrənilməsindən sonra veriləcək.

İran nüvə sazişini imzalayan Avropa ölkələrindən ABŞ-ın sanksiyalarına rağmən Qərbin bank sisteminə çıxış imkanı və neftin satışını davam etdirə bilməsinə dair təəhhüdlər istəyir.

XS
SM
MD
LG