Accessibility links

Xameneyi: İran ABŞ-la danışıqlar təcrübəsini təkrarlamayacaq


İran ABŞ-la danışıqlar təcrübəsini təkrarlamayacaq. Bu barədə Tehran və Vaşinqton arasındakı qarşıdurmanın artması fonunda iyunun 13-də Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşən İranın Ali dini lideri Ayətolla Əli Xameneyi deyib.

ABŞ prezidenti Donald Trampın İran liderlərinə mesajını gətirən Abe iyunun 12-də İran prezidenti Həsən Ruhani ilə görüşdükdən sonra böhrana səbəb olan Yaxın Şərqdəki istənilməyən qarşıdurma barədə xəbərdarlıq edib.

Körfəzdəki tankerlərə şübhəli hücumlardan sonra cümə axşamı ABŞ və İran arasındakı onsuz da yüksək olan gərginliklərin artacağı gözlənilir.

ABŞ-ın ötən il 2015-ci ildə imzalanmış nüvə razılaşmasından çıxmasından sonra Vaşinqton və Tehran arasındakı gərginlik son həftələr ərzində daha da artıb.

XS
SM
MD
LG