Accessibility links

Xameneyi: İran nüvə öhdəliklərini azaldacaq


`İran 2015-ci il nüvə sazişinə dair öhdəliklərini "arzuolunan nəticəyə" gələnə qədər azaldacaq` deyə, İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi çərşənbə günü özünün rəsmi vebsaytında bildirib.

Elitar İnqilab Keşikçiləri qarşısında çıxışı zamanı Xameneyi `Biz öhdəlikləri azaltmağa davam edəcəyik` deyib.

`Məsuliyyət Atom Enerjisi Təşkilatı üzərindədir və o, biz istədiyimiz nəticəyə çatanadək onlar bu azatlmanı dəqiq, dolğun və hərtərəfli şəkildə həyata keçirməyi davam etməlidir` deyə o əlavə edib.

İran prezidenti Həsən Ruhani bundan əvvəl ölkəsinin danışıqlara hazır olduğunu, lakin buna sanksiyalar və təzyiqlər altında getməyəcəyini bildirmişdi.

Prezident Donald Tramp isə özünün tvitində İranın ona sanksiyaları qaldırmaq müqabilində danışıqlar təklif etdiyini, onun isə bunu rədd etdiyini yazmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG