Accessibility links

Xameneyi: İran Avropadan ümidini üzməlidir


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi rəsmi web səhifəsində Avropa ölkələrinin Birləşmiş Ştatların sanksiyalarına qarşı İrana yardım etmələrinin çətin və Tehranın bu mövzuda “bütün ümidlərindən əl çəkməli” olduğunu bildirib.

2015-ci ildə Birləşmiş Ştatların nüvə razılığından çıxmasından və keçən il İrana qarşı sanksiyaları bərpa etməsindən sonra nüvə sazişinin tərəfləri olan İngiltərə, Fransa və Almaniya İranla barter və ərzaq mallarına ticarət mexanizmi qurmağa çalışsa da, bu mexanizm hələ də işlək deyil.

İran uzun müddətdir Avropa ölkələrinin köməyi olmadan iqtisadiyyatını Birləşmiş Ştatların qoyduğu sanksiyaların təsirindən qorumaq üçün nüvə fəaliyyətlərini genişləndirəcəyini bildirir.

“Söz vermələrinə baxmayaraq, avropalılar praktiki olaraq Amerikanın sanksiyalarına riayət etdi və heç bir tədbir görmədi. Bu o deməkdir ki, onlar İslam respublikası üçün gələcəkdə də heç bir şey etməyəcək. Buna görə də avropalılara olan bütün ümidlərdən vaz keçmək lazımdır " - deyə, Xameneyi bildirib.

"Birləşmiş Ştatlar və İslam sisteminə qarşı olan bəzi Avropa ölkələrinə güvənməyə ehtiyac yoxdur, çünki onlar İran xalqına qarşı açıq şəkildə düşmənçilik edirlər" , Xameneyi deyib.

XS
SM
MD
LG