Accessibility links

Xameneyi: Pis idarəçilik ABŞ sanksiyalarından daha təhlükəlidir


İranın ali dini lideri Ayətullah Əli Xameneyi bazar ertəsi günü hökumətdə pis idarəçiliyin İran iqtisadiyyatına ABŞ sanksiyalarından daha çox ziyan vurduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp keçən həftə 2015-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran tədbirlərin götürülməsini nəzərdə tutan razılaşmaya əsasən aradan qaldırılmış sanksiyaları yenidən bərpa edib.

Bu sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İran rialı və digər maliyyə transaksiyalarını hədəf alıb.

Tramp İranı noyabrın 5-də ölkənin enerji transaksiyaları və xarici maliyyə qurumlarının İranın Mərkəzi Bankı ilə keçirdiyi əməliyyatları hədəf alan yeni sanksiyalarla təhdid edib.

Xameneyi bazar ertəsi bildirib ki, İran daha yaxşı idarəçiliklə ABŞ-ın sanksiyalarına müqavimət göstərə və onları aradan qaldıra bilər.

Tramp İranla nüvə razılaşmasının tez-tez tənqid edib və ABŞ-ın razılaşmadan çıxdığını elan etdikdən sonra sanksiyaları bərpa edib. O bildirib ki, İran Suriyadakı və Yəməndəki fəaliyyətləri də daxil olmaqla davranışını dəyişdirməlidir.

İran və nüvə razılaşmasını imzalayan digər tərəflər razılaşmaya əməl etməyə davam etmək niyyətində olduqlarını bildiriblər.

XS
SM
MD
LG