Accessibility links

Xaricdə doğulmuş amerikalıların sayı ən yüksək həddinə çatıb


2017-ci ildə bu göstərici 1.8 faiz artaraq, 44.5 milyon təşkil edib

Son yüz il ərzində xaricdə doğulmuş amerikalıların sayı ötən il ən yüksək həddinə çatıb.

Əhalinin Siyahıya Alınma Mərkəzinin bildirdiyinə görə, 2017-ci ildə bu göstərici 1.8 faiz artaraq, 44.5 milyon təşkil edib.

Administrasiya qanuni mühacirətin azaldılmasına çalışır. Donald Tramp 2017-ci ilin yanvar ayında hakimiyyətə gəldiyindən bəri mühacirlərin həbsi və deportasiyası səylərini gücləndirib.

Miqrasiya Siyasəti İnstitutunun bildirdiyinə görə, hökumət qanuni mühacirətə ciddi şəkildə mane ola bilməyib. Amerikanın güclü iş bazarı da ötən il xaricdə doğulanları özünə cəlb edib.

XS
SM
MD
LG