Accessibility links

Ceyhun Bayramov xarici siyasət sahəsində ilin yekunları ilə bağlı mətbuat konfransında ABŞ, Avropa İtifaqı, NATO ilə əlaqələri vurğulayıb


ceyhun Bayramov

“Azərbaycan və ABŞ arasında əməkdaşlıq çoxdan başlayıb və müxtəlif sahələr üzrə həyata keçirilir".

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, enerji, humanitar, terrorla mübarizə və digər sahələr üzrə əməkdaşlığa xüsusi diqqət ayrılır.

“ABŞ ilə münasibətlərin digər sahələr üzrə də inkişaf perspektivləri mövcuddur, nazir qeyd edib.

Bayramov həmçinin bildirib ki, NATO ilə yanaşı ABŞ da Azərbaycanın Əfqanıstandakı missiyada iştirakını yüksək qiymətləndirib və buna görə ölkəyə minnətdarlıq bildirib.

“NATO ilə münasibətlər də dərin köklərə malikdir. NATO-nun mandatı çoxşaxəli olduğundan Azərbaycan və Alyans arasında münasibətlər müxtəlif sahələr üzrə həyata keçirilir,” o qeyd edib.

Nazirin fikrincə, Avropa İttifaqının həm Azərbaycanda, həm də bölgədə marağının artması müşahidə edilir.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və bir sıra Avropa İttifaqı rəsmiləri ilə çoxsaylı görüşlər və təmaslar bunu deməyə əsas verir,” o fikrini belə əsaslandırıb.

Bayramovun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanacaq yeni saziş üzrə danışıqlar davam etdirilir.

“Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir. Növbəti il bu məsələ üzrə bütün işlərin tamamlanması mümkün olacaq,” o qeyd edib.

Xatırladaq ki, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Nazir 2021-ci ildə İraq və Suriyada qalan Azərbaycan vətəndaşalarından danışarkən deyib ki, 2021-ci ildə İraq və Suriyadan Azərbaycana 81 nəfər gətirilib. Onların 69-u uşaq və 12 nəfəri qadındır.

2021-ci il noyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada düşərgələrdə saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Həmçinin bu il noyabrın sonunda Azərbaycana İraqın cəzaçəkmə müəssisələrində və uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəyə qaytarılıb.

“Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilir ki, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG