Accessibility links

Azərbaycan xarici işlər naziri İraqa gedib


Xarici İşlər Naziri Elmar Məmmədyarov İraqa gedib
Xarici İşlər Naziri Elmar Məmmədyarov İraqa gedib

Azərbaycan və İraq arasında diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin ləğvi haqqında saziş imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 10-da İraqa rəsmi səfər edib.

İraq Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə Elmar Məmmədyarov İraq xarici işlər naqziri Hoşyar Zebari ilə görüşüb.

Nazir İraq hökumətinin yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, enerji, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat, aviasiya sahələrində fəaliyyətin əlaqələndirilməsi, eləcə də siyasi məsələləri müzakirə edib.

Azərbaycan və İraq arasında diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin ləğvi haqqında saziş imzalanıb.

Ölkələr arasında birbaşa hava əlaqəsinin yaradılması da müzakirə olunub.

Eyni zamanda E.Məmmədyarov İraqın baş naziri Nuri əl-Maliki ilə görüşüb.
XS
SM
MD
LG