Accessibility links

Ağ Evin xarici siyasət prioritetləri [Video]


Ağ Evin xarici siyasət prioritetləri
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Prezident Donald Tramp xarici siyasətinin əsas prioritetlərini açıqlayıb. Trans-Sakit Okeanı Azad Ticarət Sazişindən çıxmaq kimi….

“Bizim istəyimiz ədalətli ticarətdir. Bütün ölkələrə bərabər münasibət göstərəcəyik. Onlar bizə ədalətli münasibət göstərməlidir.”

Rusiya ilə gələcək əlaqələr, Suriyada birgə hərbi əməliyyatlar…

Ağ Evin mətbuat katibi imkanları açıq qoyub.

“Rusiya və digər hər hansı ölkə ilə İŞİD-ə qarşı mübarizədə ortaq maraqlar varsa, əlbəttə, biz bunu qəbul edəcəyik.”

Bəs İraq mharibəsi?

Tramp deyib ki, Amerika nefti əlində saxlamalıdır.

"Biz nefti əldə saxlamalıyıq. Çünki İŞİD ilk növbədə gəlirini neftən əldə edir. Bəlkə başqa imkanlar da oldu.”

Spayser bunu belə izah edib.

“Düşünürəm ki, o, Amerikanın öhdəlikləri və verdiyi qurbanlardan nə isə əldə edilməsini istəyir.”

Spayser Tramın CİA-də olduğu vaxt onun kəşfiyyat rəsmiləri ilə fikir ayrılığa malik olduğunu və narazılıqlar barədə məlumatları rədd edib.

“Bu, dəqiq deyil. Səs yazısını dinləsəniz daha çox arada həyəcan olduğunu görərsiniz.

Cənubi Çin dənizində mübahisəli ərazilərə gəldikdə isə Spayser deyib ki, Amerika beynəlxalq sularda öz maraqlarını müdafiə edəcək.

Sözçü administraiyanın həmin suların Çinin iddia etdiyi ərazilərə daxil olub-olmadığına dair heç nə deməyib.

XS
SM
MD
LG