Accessibility links

Azərbaycandan kənara xarici valyuta köçürülməsi proseduru sərtləşdirilir


Azərbaycandan kənara xarici valyutanın köçürülməsi proseduru daha da sərtləşdirilir.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun əmrində deyilir ki, dekabrın 8-dən rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1000 АBŞ dоllаrı, ay ərzində isə 10 000 АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.

Yeni qaydalara əsasən xarici valyuta ilə əməliyyatlar zamanı bu limit xaricdə yaşayan yaxın qohumlara (bütün kateqoriyalar göstərilib, hətta həyat yoldaşları və valideynlər, uşaqlardan başqa) vəsait köçürmələrinə də aiddir.

Əmrdə xarici biznes tərəfdaşları ilə etibarnamə əsasında çalışan və müqavilə çərçivəsində külli mirdarda vəsait köçurən fiziki şəxslərlə bağlı vəziyyətin necə olacağı göstərilməyib. Həmçinin bir çox digər suallara, o cümlədən xarici tibbi klinikalara köçürmələrlə bağlı suala da cavab yoxdur.

İqtisad elmlər doktoru Qubad İbadoğlu Mərkəzi Bankın sədrinin əmrini şərh edib.

Onun fikrincə, bu qərar bir daha göstərir ki, hökümət hələ də Azərbaycandan kənara valyuta axının qarşısını almaqda çətinlik çəkir və onun həllində acizdir.

“Qoyulan limitlər xüsusilə də Avropa, Böyük Britaniya və ABŞ-da şəxsi vəsaitləri hesabına təhsil alanların valideynlərinə və digər yaxınlara problemlər yaradacaq. Onların təhsil haqları və yaşayış xərcləri bir cox hallarda 10 min dollardan çox vəsaitin köçürülməsini tələb edir.

Məsələn, mənim professoru olduğum Duke Universitetində 1 illik təhsil haqqı yaşayış xərcləri ilə birlikdə 65 min dollardır. Son dəyişikliyə görə, övladı belə universitetlərdə oxuyan valideyn bu vəsaiti 6,5 ay köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq. Odur ki, bu cür qərarların verilməsində bu kimi hallar nəzərə alınmalıdır. Digər tərəfdən də valyutanın sərbəst hərəkəti investorlar üçün də əhəmiyyətli məsələdir. Onu bu qədər sərt şəkildə məhdudlaşdırmaq ziyanlıdır”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG