Accessibility links

Xartumda hökümət əleyhinə nümayişdə silahlı atışma olub


Xartum, Sudan, 8 aprel, 2019.
Xartum, Sudan, 8 aprel, 2019.

Sudan paytaxtı Xartumda prezident Ömər Əl-Bəşirin istefası tələbilə keçirilən etirazç nümayişlərinin üçüncü günü çərşənbə axşamı ordu qərargahı yaxınlığında silah səslərinin eşidildyi haqda məlumat verilir.

Şənbə günündən bəri çox sayda etirazçı qərargahın önündə toplaşaraq, prezidentin 30 illik avtokratik hakimiyyətinə son qoyulmasını tələb edib.

Daxili işlər naziri Buşara Cuma bazar ertəsi bildirib ki, şənbə günü ordu qərargahı önündə 10 mindən çox etirazçı toplaşıb. Bu, üç ay öncə etirazlar başlayandan bəri ən böyük izdiham hesab edilir.

Təhlükəsizlik qüvvələri Xartumda etiraz nümayişini dağıtmağa çalışarkən altı nəfər ölüb.

Etirazlar dekabrın 19-da başlayıb. Nümayişçilər Bəşir hökümətini iqtisadiyyatı pis idarə etməkdə, bunun nəticəsində isə ərzaq qiymətlərinin kəskin artması, eləcə də yanacaq və xarici valyuta çatışmazlığının yaranmasında günahlandırıb.

Prezident Ömər Əl-Bəşir etirazların qarşısının alınması məqsədilə fevralın 22-də ölkə boyu fövqəladə vəziyyət elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG