Accessibility links

Bu gün Amerikada Xatirə günü qeyd edilir


Bu gün Amerikada Xatirə günü qeyd edilir.

Məktəblər və bir sıra idarələr bağlıdır. Bu həftə 3 günlük istirahətlə rəsmi tətil mövsümü başlayır.

Xatirə günü may ayının son bazar ertəsi günü qeyd edilir. Konqres Xatirə gününü rəsmi bayram kimi 1971-ci ildə elan edib.

ABŞ prezidenti Donald Tramp Xatirə günü münasibətilə hərbi münaqişələrdə həlak olmuş çox sayda hərbçinin dəfn olunduğu Arlinqton Milli Qəbiristanlığında təşkil edilmiş mərasimə qatılıb.

​Mərasimdən öncə Tramp bildirib ki, "vətən üçün canından keçənlər bu gün ölkələrinin vəziyyətindən qürur duymalıdır."

Xatirə gününün təməli 1865-ci ildə vətəndaş müharibəsinin başa çatması ilə qoyulub.

O zaman 250 əsgər Cənubi Karolina ştatının Çarleston şəhərindəki kütləvi məzarlıqdan çıxarılaraq, dəfn edilmişdi.

XS
SM
MD
LG