Accessibility links

Bu gün ABŞ-da Xatirə günü qeyd edilir


Bu gün ABŞ-da Xatirə günü qeyd edilir. Amerika prezidenti Barak Obama müharibələrdə həlak olan amerikalıların xatriəsini yad edib.

ABŞ dövlət başçısı 260 min məzarın yerləşdiyi Arlinqton Milli Qəbiristanlığında əsgər məzarı üzərinə əklil qoyub.

Barak Obama və birinci xanım Mişel Obama Ağ Evdə həlak olan əsgərlərin ailə üzvlərini səhər yeməyində qəbul edib.

İlk dəfə ABŞ-da Xatriə günü Dekorasiya günü kimi 1868-ci ildə, 600 mindən artıq insanın həlak olduğu Vətəndaş Müharibəsindən bir il sonra qeyd edilib.

Bu rəsmi tətil günü amerikalılar yay fəslini açıq elan edərək, pikniklər təşkil edir.
XS
SM
MD
LG