Accessibility links

Xədicə İsmayıl PEN Amerika Mərkəzinin nüfuzlu mükafatına layiq görülüb [Video]


Xədicə İsmayılovaya PEN mükafatı təqdim olundu
please wait

No media source currently available

0:00 0:00:48 0:00

Nyu-Yorkdakı mərasimə Amerikanın görkəmli ictimai xadimləri toplaşıb

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatına - PEN/Barbara Goldsmith mükafatına layiq görülüb.

Mayın 5-də Nyu-Yorkda mükafatın təqdimolunma mərasimi keçirilib.

Mükafatın verilməsi Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın həbsdə olduğu 6-cı aya təsadüf edir.

Jurnalist bildirir ki, yüksək vəzifəli məmurlar arasında korrupsiyanı ifşa etdiyi üçün hakimiyyət ondan qisas alır.

“PEN/Barbara Goldsmith” illik mükafatdır, həbsdə olan yazarlara verilir.

Xədicə İsmayıl son aylarda Azərbaycanda cinayət məsuliyyətə cəlb edilmiş 100-ə yaxın mülki cəmiyyət fəalından biridir.

Onu ötən ilin dekabrında həmkarını intihar həddinə çatdırma ittihamı ilə həbs ediblər.

Onu jurnalist Tural Mustafayevin şikayəti əsasında tutublar. Amma o sonradan şikayət ərizəsini geri götürməsi ilə bağlı prokurorluğa müraciət edib.

Bu arada hüquq-mühafizə orqanları X.İsmayıla qarşı vergidən yayınma, mənimsəmə kimi ittihamlar irəli sürüblər.

Xədicə İsmayıl ittihamları rədd edir. O, bunu prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

Xədicə ona görə həbsdədir ki, Azərbaycan hakimiyyəti istədiyi adamı susdurmaq gücündə olduğunu düşünür.

“Xədicə İsmayıla qarşı ittihamlar saxtadır – uydurulub və absurddur” – deyə Azadlıq Radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev mayın 4-də ABŞ-ın BMT-dəki nümayəndəliyindəki mətbuat azadlığına dair tədbirdə çıxış edərkən bildirib:

“Xədicə İsmayılın həbsindən az əvvəl prezident aparatının ən yüksək vəzifəli rəsmisi onu ABŞ-a casusluq etməkdə suçlayıb.

Xədicənin yeganə günahı korrupsiyanı araşdırmasıdır.

Xədicə ona görə həbsdədir ki, Azərbaycan hakimiyyəti istədiyi adamı susdurmaq gücündə olduğunu düşünür”.

Hələ ki Xədicə İsmayılın məhkəməsi olmayıb. Məhkəmə öncəsi onun həbs müddəti iki dəfə uzadılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG