Accessibility links

Xədicə İsmayıl BMT-nin İnsan Haqları Şurasında çıxış edib [Video]


Xədicə İsmayıl BMT-nin İnsan Haqları Şurasında çıxış edib
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Çərşənbə günü araşdırmaçı jurnalist Xədicə İsmayıl BMT İnsan Haqları Şurasında çıxış edib. Xədicə İsmayılın ölkədən çıxmasına qadağa qoyulduğu üçün o, şura üzvlərinə video vasitəsilə müraciət edib. O, korrupsiyanın cəmiyyəti zəhərlədiyini, bir çox inkişaf sərmayelərini məhv etdiyini və BMT-nin bu problemlərə çarə tapmaq əvəzinə çox vaxt problemin bir hissəsi olduğunu deyib. Xədicə İsmayılın çıxışının tam mətnini təqdim edirik:

"Cənab Prezident, Zati-aliləri,

BMT yoxsulluğa qarşı mübarizə aparır, amma yoxsulluğun səbəblərindən biri olan ailə monopoliyaları, rüşvət və vəzifədən sui-istifadə yolu ilə xalqlarını iqtisadi imkanlardan məhrum edən korrupsioner siyasətçilərə qarşı mübarizə aparmaqdan çəkinir.
Xədicə İsmayıl

Mən araşdırmaçı jurnalistəm və mənim işim korrupsiya hallarının üstünü açmaqdır. Bu, çox zəhmətli işdir. Lakin bəzən qəsdən gizlədilməyə çalışılan faktın üstünü açmaq riskli də ola bilər. Onlar - yəni siyasi güclərindən və vəzifələrindən sui-istifadə edərək xalqın pullarını oğurlayanlar həmin gücdən istifadə edərək oğurluq, qeyri-qanuni fəaliyyət, vergidən yayınma, nepotizm və korrupsiya hallarını üzə çıxaranları susdurmağa çalışırlar. Bu gün mən burada Sizdən soruşmaq istəyirəm ki, necə olur ki, xalqlarından oğurladıqları imkanlardan faydalanmağa çalışan bu insanlar həm dövlət səviyyəsində həm də beynəlxalq səviyyədə yüksək vəzifələrə sahib olurlar. Buna bu qurum da daxildir ki, həmin bu qurum plütokratlar və kleptokratlara qarşı mübarizədə çox mühüm rol oynaya bilər.

Əslində BMT və onun tərkibindəki qurumların bu yaxınlarda üstü açılarn ölkələrarası multimilyon dollarlıq korrupsiya faktlarına müvafiq cavab verəcəyi gözlənilir. Biz BMT-nin bu halları qınamasını və problemlərə həll yolları tapmağa cəhd etməsini gözləyirik.

Təssüf ki, korrupsiyanın səbəb olduğu yoxsulluq, səhiyyə xidmətlərinin çatışmazlığı və bəzi hallarda müharibələr BMT-nin gündəmində vacib yeri tutsa da, onlar problemin mənbəyi deyil.

BMT yoxsulluğa qarşı mübarizə aparır, amma yoxsulluğun səbəblərindən biri olan ailə monopoliyaları, rüşvət və vəzifədən sui-istifadə yolu ilə xalqlarını iqtisadi imkanlardan məhrum edən korrupsioner siyasətçilərə qarşı mübarizə aparmaqdan çəkinir. BMT dünya boyu səhiyyə xidmətləri problemlərinə qarşı mübarizə aparsa da, mövcud səhiyyə xidmətlərinin bərpasına ayrılan ictimai fondlardan pul oğurlayan liderlərə məhl qoymur. BMT yoxsullar və ehtiyacı olanlar üçün nəzərdə tutulan beynəlxalq ianələri mənimsəyən yüksək-səviyyəli təşkilat rəhbərlərinin əleyhinə çıxış etməkdən qaçınır.

Xədicə İsmayıl
Xədicə İsmayıl

İnsanları demokratiya və yaxşı idarəçilikdən məhrum edən insanlar çox vaxt buna görə cəzalandırılmır. Onlar özləri və ailələri üçün xaricdə təhsil imkanları və səhiyyə xidmətləri əldə etmək üçün kifayət qədər sərvətə sahibdirlər. Ölkələri müharibə şəraitindən əziyyət çəkdiyi vaxt onlar silah alveri hesabına əldə olunan pullarla gözəl məkanlarda tətil edirlər.

Korrupsioner liderlər etdiklərinə görə cəzasız qalsa da, onların səsləri dünyanın ən yüksək platofrmalarında ucalır və onlar riyakarlıqla ölkələrindəki problemlərdən bəhs edirlər. Amma onlar özləri elə həmin problemlərdən faydalanırlar.

Bu gün mən burada Sizdən soruşmaq istəyirəm ki, necə olur ki, xalqlarından oğurladıqları imkanlardan faydalanmağa çalışan bu insanlar həm dövlət səviyyəsində həm də beynəlxalq səviyyədə yüksək vəzifələrə sahib olurlar.
Xədicə İsmayıl

21-ci əsrdə korrupsiya beynəlxalq bəladır. Korrupsioner liderlər bir-birilərinə daha da zəngin olmağa və tənqidçilərini susdurmağa yardım edir. Onlar bir-birilərinin çirkli pullarına ölkələrinin qapılarını açır və beynəlxaq təşkilatlardakı səsvermə proseslərində bir-birilərinin istək və ehtiyacalarını təmin edirlər. Korrupsioner liderlər bir-birilərinə hakimiyyətdə qalmağa, xalqlarını əzməyə və bir-birilərinin seçkilərinə müdaxilə etməyə yardım edir.

Buna bir çözüm var. Bu çözüm isə daha çox şəffaflıqdır. Zati-aliləri, dünyanı daha şəffaf etmək, kleptokrarların qeyri-qanuni sərvətlərini gizlətmələrinin qarşısını alacaq sistem yaratmaq və, ən önəmlisi, korrupsiya hallarının üstünü açanları dəstəkləmək Sizin məsuliyyətinizdir."

XS
SM
MD
LG