Accessibility links

Elmira İsmayılova: Xədicə kimi cəsur olun – azadlıq günəşi yaxındadır [Video-Müsahibə]


Elmira İsmayılova: Xədicə kimi cəsur olun – azadlıq günəşi yaxındadır
please wait

No media source currently available

0:00 0:05:59 0:00

Həbsdə olan jurnalistin anasının 8 mart təbriki – “dünyada azadlıqlar uğrunda mübarizə aparan qadınların qarşısında baş əyirəm”

Həbsdə olan jurnalist Xədicə İsmayılovanın anası Elmira İsmayılova ağır açıq ürək əməliyyatından sonra Amerikanın Səsinə müsahibə verib. O, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə dünyada azadlıqlar uğrunda mübariz qadınları, ilk növbədə isə Azərbaycan qadınlarını və Xədicəni təbrik edib.

Amerikanın Səsi: İlk öncə Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınan Xədicə İsmayılovanın anasının 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrikini dinləmək istərdik.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Elmira İsmayılova: Mən bütün xalqımı qadınlar günü münasibəti ilə təbrik etmək istəyirəm. Əsasən də o qadınları ki, hansı ki, öz xalqına görə, azad söz naminə vuruşurlar. Təkcə azad sözə görə yox, həm də bizim hökumətin inkişafına görə vuruşan qadınları mən ürəkdən təbrik etmək istəyirəm. Onlara can sağlığı və cəsur olmalarını arzu edirəm. Qadınlara sözüm budur ki, qorxmaq lazım deyil. Mən fəxr edirəm ki, mənim Xədicəm bu cür insandır. Baxmayaraq ki, o tutulub, azad deyil, evdə deyil, mən onunla fəxr edirəm. Bütün qadınlara, millətimə, xalqıma arzu edirəm ki, onlar da qorxmadan vuruşsunlar, xalqımızın azadlığı, ölkəmizin inkişafı uğrunda mübarizə aparsınlar və buna nail olsunlar.

Amerikanın Səsi: Xədicə İsmayılova dünyada azadlıqlar uğrunda mübarizə aparan ölkələrin simvolu kimi də səslənməkdədir. Dünyada azadlıqlar uğrunda həbslərə, təqiblərə məruz qalan qadınlara da müraciətiniz varmı?

Həbsxana o qədər də qorxulu bir şey deyil. Mübarizə aparan insanlar bilirlər ki, çətinliklər də olur. O çətinlikdən qorxmasınlar.

Elmira İsmayılova: O qadınlar ki, öz xalqının azadlığını, inkişafını istəyir, mən o qadınların qarşısında baş əyirəm və onlara can sağlığı arzulayıram, onların hamısını təbrik edirəm. Onlara sözüm odur ki, qorxmasınlar, mübarizə aparsınlar, türmə (həbsxana-red) o qədər də qorxulu bir şey deyil. Mübarizə aparan insanlar bilirlər ki, çətinliklər də olur. O çətinlikdən qorxmasınlar.

Amerikanın Səsi: Xədicə İsmayılova həbsxana divarları arasında da azadlıqların genişləndirilməsi ilə bağlı yazılarla çıxış edir. O hətta həbsxana divarları arasında “Çakaranda ağacının uşaqları” əsərini Azərbaycan dilinə tərcümə edib. Sizin üçün azadlıq nə deməkdir? Azadlığın tərifini necə verərdiniz?

Bütün dünya azadlığa qovuşmalıdır, bütüm dünya inkişaf etməlidir ki, bir-biri ilə mehriban yaşasın.

Elmira İsmayılova: Mənim üçün azadlıq təkcə Xədicə üçün yox, uşağım üçün yox, azadlıq mənim üçün bütün xalqım, təkcə öz xalqım da yox, bütün dünya xalqlarının azad olması üçün ən dəyərli bir nemətdir. Bütün dünya azadlığa qovuşmalıdır, bütüm dünya inkişaf etməlidir ki, bir-biri ilə mehriban yaşasın.

Amerikanın Səsi: Hazırda həbsxana divarları arasında olan qızınız Xədicəyə sözünüz?

Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)
Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)

Elmira İsmayılova: Mənim Xədicəyə sözüm, - özü cəsurdur, baxmayaraq ki, qapalı yerdədir, ona baxmayaraq işini görür. Həm məktublar göndərir, həm siz bilən kimi kitabı da tərcümə edib. İndi yenə də tərcümə üçün kitab götürüb. İstəyir onu da tərcümə etsin. Xədicə öz işini görür. Mənim də ona sözüm, can sağlığıdır. Yəni mənim ona sözüm artıqdır, o hər şeyi gözəl bilir. Ona can sağlığı və möhkəm olmağı arzulayıram. Düzdür o hər dəfə görüşəndə, - “mama möhkəm ol” deyir. O hamını sakitləşdirir. Mənə də deyir ki, çöldə hamıya de ki, möhkəm olsunlar, mübarizəyə getsinlər, yəni dayanmasınlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG