Accessibility links

Sərhədsiz Reportyorlar Beynəlxalq Qadınlar Günü ərəfəsində Xədicə İsmayılı yada salıb


Sərhədsiz Reportoyrların qadın jurnalistlər siyahısı
Sərhədsiz Reportoyrların qadın jurnalistlər siyahısı

“Sərhədsiz Reportyorlar” təşkilatı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın müxtəlif yerlərində həbsdə olan 10 qadın jurnalisti yada salıb.

Təşkilatın “Qadın jurnalistlər, öhdəliklər və problemlər” adlı məqaləsində Azərbaycan, Suriya, İran, Əfqanıstan, Serbiya, Birma, Konqo, Liberiya, Mərakeş və Meksikadan olan jurnalistlərin adları açıqlanıb və fotoları yayılıb.

Siyahıda Azərbaycan nümayəndələrindən Xədicə İsmayılın adı var. “O, dövlət səviyyəsində korrupsiya haqqında yazdığı üçün həbsdədir. Onu susdurmaq üçün 2012-ci ildə mənzilində videokamera quraşdıraraq şantaj ediblər.

Jurnalist şantajdan qorxmayaraq əldə etdiyi materialları dərc etdirib və sonradan həbs olunub. Lakin hakimiyyət onu həbsxanada da susdura bilməyb. X.İsmayılova həbsdəykən belə hakimiyyəti ittiham edir”, məlumatda deyilir

XS
SM
MD
LG