Accessibility links

Vəkil Xədicə İsmayılovanın evində gizli çəkilişin istintaqı ilə bağlı məlumat tələb edir


Yalçın İmanov
Yalçın İmanov

Vəkil Yalçın İmanov jurnalist Xədicə Ismayılovanın yaşadığı evdə gizli kamera yerləşdirilməklə şantaja məruz qalması ilə əlaqədar martın 1-də Bakı şəhər prokuroru Əziz Seyidova müraciət edib.

Jurnalistin şantaj edilməsi və şəxsi həyatına müdaxilə faktı üzrə 2012-ci il martın 15-də Baş Prokurorluq Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığı) maddəsilə cinayət işi başlayıb, istintaqın aparılması Bakı şəhər Prokurorluğuna həvalə olunub. Xədicə Ismayılovazərərçəkmiş qismində tanınıb.

“Amma cinayət işi üzrə icraat Xədicə Ismayılovaya və mənə məlum olmayan vaxtdək dayandırılıb. Bu günədək istintaqla bağlı hansı tədbirlərin görülməsi barədə jurnalistə və mənə hər hansı məlumat verilməyib”, İmanov qeyd edib.

Yalçın Imanov Bakı şəhər prokurorundan cinayət işi üzrə istintaqın dayandırılması barədə qərarın surətini, həmçinin indiyə qədər görülən tədbirlər, aparılan istintaq hərəkətləri barədə ətraflı məlumat verilməsini xahiş edir.

XS
SM
MD
LG