Accessibility links

Xədicə İsmayılovanın həbsdən azad edilməsi alqışlanır


Xədicə İsmayılova azadlıqda
Xədicə İsmayılova azadlıqda

Xədicə İsmayılovanın həbsdən azad edilməsi beynəlxalq qurumlarda müsbət qarşılanıb.

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks jurnalist Xədicə İsmayılovanın azad edilməsini alqışlayır.

O, öz tvitter mikrobloqunda yazır: "Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayılova nəhayət ki, onun həbs müddətini azaldan Azərbaycan Ali Məhkəməsinin qərarından sonra azadlıqdadır.

İsmayılova ədalətsiz olaraq həbs olunmuşdu və o, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini İsmayılovanın məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram".

***

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç qısa və emosional şərh verib: "Günəş yenidən doğdu! Xədicə azadlıqda! Ümid edirəm ki, ona qarşı bütün ittihamlar ləğv olunacaq".

***

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılovanın şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması haqqında qərarını alqışlayıb.

“İsmayılova Avropa Şurasının çoxdanki tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır və mən ölkəni bu müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG