Accessibility links

Xədicə İsmayılova: Şikayətimi Avropa Məhkəməsinədək davam etdirəcəm [Audio-müsahibə]


Xədicə İsmayıl
Xədicə İsmayıl

Məhkəmə jurnalistin şikayətini qismən təmin edib

Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılovanın cəza müddətini 3,5 ildən 2 il 3 ayadək azaldıb.

Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) üzrə ittihamın onun üzərindən götürülməsi ilə bağlı X.İsmayılovanın müraciətini qismən təmin edib.

Belə ki, iyunun 1-də Cinayət Məcəlləsinə dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər 192-ci maddəyə də aid edilib. Qanunun yeni redaksiyasına görə, Xarici İşlər Nazirliyində akkreditəsi olmadan jurnalistin xarici media ilə əməkdaşlığını “qanunsuz sahibkarlıq” kimi interpretasiya etmək olmaz.

Xədicə İsmayılovanın Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:07 0:00

Xədicə İsmayılova Amerikanın Səsinə bildirib ki, məhkəmə yalnız ittihamı 192.2.1-ci maddədən (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) 192.1 (qanunsuz sahibkarlıq) maddəsinə tövsif edib.

Məhkəmə cinayət qanunvericilyinin yeni redaksiyasına istinad edib ki, burada külli miqdarda gəlirin həcmi 50 min manatdan 100 min manatadək artırılıb.

İttiham tərəfi hesab edir ki, X.İsmayılovanın beş il ərzində 79,5 min manat həcmində qonorarı qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi gəlirdir. Belə ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditədən keçməyib.

Sonda məhkəmə X.İsmayılovanın barəsində 192.1 maddəsi üzrə 4 ay azadlıqdan məhrumetmə və 213.1 maddəsi (vergi ödəməkdən yayınma) ilə birlikdə 5 il sınaq müddətinə 2 il 3 ay ümumi şərti cəza müddəti təyin edib.

İsmayılova qeyd edib ki, məhkəmənin qərarından razı deyil və ondan şikayət verəcək.

“Mən 192-ci maddə üzrə ittihamın tam götürülməsini təkid edirəm. Apellyasiya şikayətim təmin edilməsə Avropa Məhkəməsinədək şikayətimi davam etdirəcəm. Külli miqdarda gəlirin əldə edilməsi barədə ittihamın götürülməsi mənim üçün prinsipial əhəmiyyət daşımırdı. Biz XİN-də akkreditə olmadan fəaliyyətin dekriminallaşdırılmasına çalışırdıq. Ancaq, görünür, XİN-də akkreditəsi olmadan çalışan jurnalistlərə qarşı cinayət təqibinin mümkün olmadığı halda presedent yaratmaq istəyinin (hakimiyyət) olmaması səbəbindən bu, baş vermədi.

Belə olan halda mənim üzərimdə ancaq 213.1-ci maddə üzrə ittiham qalırdı ki, bununla da amnistiyaya düşürdüm”, - o, bildirib.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs edilib.

2015-ci il sentyabrın 1-də 179.3.2 (külli miqdarda mənimsəmə), 192.2.1 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2 (vəzifə səlahiyyətindən sui-istfadə) maddələri ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

2016-cı il mayın 25-də Ali Məhkəmə 179.3.2 və 308.2 maddələri üzrə ittihamları götürüb və cəza müddətini 5 il sınaq müddəti olmaqla 3,5 ilədək azaldıb.

XS
SM
MD
LG