Accessibility links

Döş xərçəngi kimya-terapiyasız müalicə oluna bilər


Döş xərçəngi kimya-terapiyasız müalicə oluna bilər
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Döş xərçəngi diaqnozu qoyulan qadınların çoxu cərrahiyyə əməliyyatı, kimya-terapiyası və ya radiasiyadan keçməli olur. Lakin yeni araşdırmalar göstərib ki, vaxtında müdaxilə edilərsə, döş xərçəngi olan qadının kimya-terapiyasından keçməsinə ehtiyac qalmaz.

Bu ilin aprel ayında döş xərçəngi diaqnozu qoyulan Emi Adam ailəsi ilə keçirdiyi vaxta daha çox dəyər verir. “İş o yerə çatanda ailə hər şeydən vacibdir. Yəni mənim qayğıma qalmaq üçün onlar bir yerə toplaşıb.”

Emi Adamın bəxti gətirib. O, döşündə xərçəngin olduğunu şiş 3-4 mm. olanda bilib. Onun müalicəsi lumpektomiya, yəni radiasınanın köməyi ilə olunub.

Missuri universitetindən doktor Emili Albrayt deyir ki, döş xərçənginin ilk mərhələsində ola bilsin qadına kimya-terapiyasına ehtiyac olmasın. Araşdırmanın “New England Journal of Medicine” jurnalında dərc edilən nəticəsində genetik testlətin xərçəngin qayıtma ehtimalını təyin etdiyi bildirilib.

Araşdırmanın nəticələri xərçəngin təkrarlanması riskinin aşağı olduğu qadınlara kimya terapiyasının xeyri olmadığını göstərir. Xərçəngin təkrarlanması riskinin yüksək olduğu halda kimya terapiyası mühümdür. Həkimlər orta riskli qadınlara nə məsləhət görülməsini bilmir. Emili Albrayt: “Son nəticələr orta riskli qadınların əksəriyyətində kimya terapiyasının mənfəəti müşahidə edilmir.

Çoxları bilir ki, kimya-terapiyası ürək bulanması, saç tökülməsi və yorğunliğa səbəb olur. Lakin kimya-terapiyası ürək və əsəb problemləri də yarada bilər. "Biologiyanı daha yaxşı öyrənməyimiz spesifik şişlərlərin müalicəsinə yardım edir. Bəzi kiçik şişlər daha aqressiv, böyük şişlər isə az aqressiv ola bilir. " - deyə, Emili Albrayt bildirir.

Emi Adamın xərçənginin müəyyən edilməsində rentgenin rolu əsas olub. Mamaqrammalar qadınların hiss etməsindən 2 il öncə şişləri müəyyən edir. Adam kimya terapiyası almayacağını böyük rahatlıq hesab edir. Belə ki, bir çox qadın xərçəng müalicəsini yan təsirlər olmadan ala biləcək.

XS
SM
MD
LG