Accessibility links

Xeyriyyəçi təsərrüfatlar bütün ərzaq məhsullarını ac insanları doyurmaq üçün yetişdirirlər


Xeyriyyəçi təsərrüfatlar bütün ərzaq məhsullarını ac insanları doyurmaq üçün yetişdirirlər
Xeyriyyəçi təsərrüfatlar bütün ərzaq məhsullarını ac insanları doyurmaq üçün yetişdirirlər

Aclığa dair son hesabata görə 10 milyon Amerikalı ailə haradan yemək tapacağını bilmir

ABŞ-da aclıq dünyanın bəzi yerlərində olduğu kimi o qədər də geniş yayılmayıb. Buna baxmayaraq Feeding America özəl xeyriyyəçi təşkilatı bildirib ki, aclığa dair son hesabata görə 10 milyon amerikalı ailə haradan yemək tapacaqlarını bilmirlər. Bu təsərrüfatlar başqa təsərrüfatlara oxşayırlar. Lakin bu göründüyü kimi deyil. Bu təsərrüfatlarda yetişdirilən məhsullar bazara çıxarılmır. Buradakı bütün ərzaq məhsulları ac insanları doyurmaq üçün yetişdirilir. Bob Bleyr: "Bir səhər mən oyandım və Volunteer Farm adı da daxil olmaqla təsərrüfatın bütün detalları ilə bərabər ideya mənim ağlıma gəldi." Bob Bleyr təqaüdə çıxmış sabiq hökumət işçisidir. Onun burada 26 hektar sahəsi var və Shenandoah Volunteer Farm adlı ərazini bir ilə bir dollara kirayə götürür. Adından məlum olduğu kimi, burada işləyən hər bir işçi könüllüdür. Bob Blair: "Ötən yeddi il ərzində bizə 10 000 könüllü qoşulub. Onların arasında 26 xarici ölkə də daxil olmaqla demək olar ki, bütün ştatlardan gələnlər var." 50 uşaq da daxil olmaqla, bu kilsə qrupu təsərrüfatda çalışmaq üçün 100 kilometrdən çox məsafə fət edib. Harriet Tomson kilsə rəhbərlərindən biridir. Harriet Tomson: "Bura gəlib və burada xidmət göstərən günlərdə düşünürəm ki, uşaqlar çox yorulurlar. Lakin onalr bilirlər ki, onlar dəyişiklik edə biliblər." Harriet Tomson: "Bizim ictimayyətdə bir çox insanlar özlərini və ya ailə üzvlərini, bu təsərrüfat olmasa, həftə ərzində doyura bilməzlər." Təsərrüfatın ərzaqları boyük ərzaq banklar vasitəsilə paylanılır. Bu banklardan biri Virciniyanın Vinçester şəhərində kiçik ictimai orqandır. Tereza Yates Blue Ridge ərzaq bank şəbəkəsinin əməliyyatlar üzrə direktorudur. O deyir ki, çox sayda insan şəbəkənin xidmətindən istifadə edir. Hətta Virciniya ştatının Midlburq şəhərinin kiçik varlı icmasında da Yeddi Çörək ərzaq bankına ailələrini doyurmaq üçün gələnlər var. Corc Lenqaver kilsə birlikləri könüllü təşkilatın prezidentidir. Corc Lenqaver: "Şəhərin ətrafını böyük nüfuzlu məhəllələr əhatə edir. Bir çox yaşlı insanlar var ki, əvvəllər həmin təssərrüfatlarda işləmiş və ya sıravi işlərdə işləmiş ola bilərlər. Və indi onlar təqaüdçüdürlər və cüzi sosial təminatla özlərini dolandırmağa çalışırlar." Hələ ki bu il Volunteer Farm 5500 kiloqram tərəvəz yetişdirib, və ərzaq təchizatı oktyabr ayının ortalarınadək davam edəcək.

XS
SM
MD
LG