Accessibility links

Xeyriyyə təşkilatında işçilərinin nalayiq hərəkətləri ilə bağlı istintaq başladılıb


Oxfam təşkilatının bazar ertəsi günü verdiyi məlumata görə, işçilərindən üçü Haiti zələzəsində xilasetmə işləri zamanı nalayiq əməllərdə günahlandırılıb və beynəlxalq xeyriyyə təşkilatında bu iddia ilə bağlı daxili istintaq başladılıb.

Britaniyada qərargahlaşan Oxfam şirkəti Port-o-Prensdə yerləşən şirkətin binasında fahişələrin işə götürülməsi də daxil olmaqla, Karib adasındakı işçilərin nalayiq əməllərinin qeydə alındığı 2011-ci ilin hesabatını yayımlayıb.

Xeyriyyə təşkilatının bildirdiyinə görə, hadisədə adı çəkilən dörd nəfər işçidən üçünün istefa verməsinə icaze verilib. İstefa verənlər arasında Oxfam təşkilatının həmin dövrdə ölkə üzrə direktoru Rolan Van Hauvermeiren də var.

Haitidə baş verən hadisə ilə bağlı hesabatın yayılmasından sonra Britaniya höküməti keçən həftə Oxfam təşkilatına ayrılan maliyyə yardımlarını dayandırıb. Xeyriyyə təşkilatı keçən ilin mart ayında bitən və 12 ay davam edən layihə müddətində hökümətdən 43 milyon dollar məbləğində pul almışdı.

XS
SM
MD
LG