Accessibility links

Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı konvensiya razılaşdırılıb [Video]


Xələf Xələfov
Xələf Xələfov

Hüquqi və texniki prosedur aparıldıqdan sonra konvensiya imzalanmaya təqdim ediləcək

“Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik".

Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusu üzrə işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov derkabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı konvensiya razılaşdırılıb
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Onun sözlərinə görə, hüquqi və texniki prosedur aparıldıqdan sonra konvensiya imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.

"Bir çox ölkələrin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir", nazir müavini vurğulayıb.

Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.

“Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur", Xələfov qeyd edib.

Xəzəryanı ölkələrin xarici işlər nazirləri
Xəzəryanı ölkələrin xarici işlər nazirləri

Nazir müavinin sözlərinə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür.

"Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq", o qeyd edib.

Nazir müavinin dediyinə görə, konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.

Xələıfov Amerikanın Səsinin sualının cavabında bildirib ki, ikitərəfli və çoxtərəfli danışıqlar daimi xarakter daşıyacaq.

"Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq", nazir müavini deyib.

Onun sözlərinə görə, delimitasiya müzakirə edildikdə mübahisə doğuran neft yataqlarının müzakirəsi məhsuldar deyil.

"Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra yataqlar barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar".

O təhlükəsizklik və dənizdə hərbi balansın necə qorunacağı ilə bağlı Amerikanın Səsinin sualının cavabında deyib ki, konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb.

“Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir".

Nazir müavini bildirib ki, Xəzər 5 ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir.

"Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələr tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır", o qeyd edib.

Nazir müavini Xəzəryanı dövlət başçılarının Qazaxıstan Sammitinin dövlətlər tərəfindən hüquqi və texniki prosedurlar başa çatdırıldıqdan sonra 2018-ci ilin birinci yarısaında Qazaxıstanın razılığı ilə olacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG