Accessibility links

Azərbaycan və İran Xəzər dənizində neft ehtiyatlarının birgə tədqiqatını aparacaq


Xəzər dənizinin xəritəsi
Xəzər dənizinin xəritəsi

İranın Neft Sənayesi Araşdırmaları Mərkəzi ilə Azərbaycan Dövlət Neft Şirkətinin Araşdırmalar Mərkəzi arasında Xəzər dənizində neft ehtiyatlarının aşkar edilməsi, neft hasilatının artırılması və Xəzərin ekologiyasının qorunması üzrə birgə tədqiqatların aparılması üzrə memorandum imzalanıb

İranın Neft Sənayesi Araşdırmaları Mərkəzinin texnologiyalar və beynəlxalq əlaqələr məsələləri üzrə direktor müavini Əmir Abbas Hüseyni qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Araşdırmalar Mərkəzinin hasilat üzrə 80 illik təcrübəsi var.

Əmir Abbas Hüseyninin sözlərinə görə, memorandumda söhbət neft yataqlarının işlənməsindən gedir. Ətraf mühitin qorunması problemi də vurğulanıb. Xəzərin dünya okeanına çıxışı olmadığı üçün bu məsələyə xüsusi diqqət yetirilməlidir.

Əmir Abbas Hüseyni deyib ki, İranın qonşuları Xəzərin resursları hesabına enerji təhlükəsizliyini təmin etmək üçün bir sıra proqramlar həyata keçirib. Azərbaycanla imzalanan memorandum analoji fəaliyyəti nəzərdə tutur. Bu cür sənədlər informasiya və təcrübə mübadiləsi üçün şərait yaradır, deyə Iran.ru saytı yazır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz elmi tədqiqat layihə Departamentinin rəhbəri Fəxrəddin İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın sonunda Tehranda olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG